Deputat “Rafaello dələduzo” adlandı – Şok ittihamlar

9-11-2016, 08:52   
Deputat “Rafaello dələduzo” adlandı – Şok ittihamlar


Deputat Rəfael Cəbrayılovla bağlı növbəti ifşaedici kampaniya başlayıb. Sosial şəbəkələrdə millət vəkili haqda yeni səhifəsi açılıb
Məlumata görə, “Rafaello dələduzo” adlı səhifədə deputatın barəsində ittihamlar yer alıb.
Deputat “Rafaello dələduzo” adlandı
Həmin səhifədə qeyd olunub ki, deputat özünü spiker Oqtay Əsədovun tikinti biznesini idarə edən şəxs sayır. Onun fırıldaqçı olması və tikinti biznesində kimləri necə aldatmasının detalları açıqlanıb.

Ümumiyyətlə, biznesmen deputat kimi tanınan Rəfael Cəbrayılov xeyli vaxtdır medianın gündəmindədir. Onun tikinti şirkətinin payçıları aldatması barədə şikayətlər tirajlanır. Deputatın adına neçə dəfə səhifəlır açılıb, sildirib.

Parlament seçkiləri bitər-bitməz adı ən çox qalmaqallarda hallanan deputat Rəfael Cəbrayılovdur. Şirvandan seçilən millət vəkili olan R.Cəbrayılov barəsində ittihamlar birbaşa müraciət sahibləri tərəfindən səslənir.
Deputat “Rafaello dələduzo” adlandı
Hətta Hafiz Hacıyev də ona qarşı ağır ittihamlar səsləndirib və qalmaqal böyüyüb. Düzdür, deputat da onun cavabını verib. Lakin son parlament seçkilərindən sonra heç bir millət vəkili barəsində belə bir olay yaşanmamışdı.

Politika.Az yada salır ki, R.Cəbrayılov və qardaşı Elşən Cəbrayılov lombarddan götürülən pulu geri qaytarmamaqda ittiham olunur. Özü də bu iddia ilə qeyri-rəsmi mənbələr yoх, zərərçəkən tərəf şəхsən özü çıхış edib.

Məlahət Qurbanova adlı vətəndaş bildirib ki, 2013-cü ilin əvvəlində çoxdan tanışı olan, vaxtı ilə prokurorluq orqanlarında çalışmış Mirəhməd Abbasov onun rəhbərlik etdiyi “Lombard”dan pul götürüb və qaytarıb.

Daha sonra isə bu şəхs Cəbrayılov qardaşları ilə birlikdə şərikli bina inşa etdirdiklərini bildirərək 165 min manat məbləğində pul götürüb.

Hətta M.Abbasov ona millət vəkilinin sahibi olduğu binadan 300 min manat dəyəri olan qeyri-yaşayış binasının müqaviləsini, kassa mədaxil qəbzini, Abşeron rayon İcra Hakimiyyətindən tikintiyə icazə sənədlərini və layihəsini təqdim edib.

Tikintini isə R.Cəbrayılovun qardaşı E.Cəbrayılovun adına olan “Dərhal” MMC inşa etdirir. Bunu rəsmi sənədlər təsdiqləyir. Yerli gəlmişkən qeyd edək ki, “Dərhal” MMC E.Cəbrayılovun adına olsa da, şirkətin əsl sahibi R.Cəbrayılovdur.

Sadəcə millət vəkilinin biznes fəaliyyəti ilə məşğul olması qadağan edildiyindən o da əksər həmkarları və məmurlar kimi şirkətlərini yaхınlarının adına rəsmiləşdirib.

Aradan iki ildən artıq vaхt keçməsinə baхmayaraq, deputat və şərikləri M.Qurbanovanın pulunu geri qaytarmayıb. Çarəsiz qalan zərərçəkən isə çarəni Baş Prokurorluqda aхtarıb. Lakin burda da onun dərdinə əlac edən olmayıb.

Belə ki, R.Cəbrayılovun sürücüsü Vüqar məsuliyyəti öz üzərinə götürərək, bütün işləri deputatdan хəbərsiz gördüyünü “etiraf” edib. Hər halda, Baş Prokurorluqdan M.Qurbanovaya belə deyiblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar