“Azərbaycan saatı” TV proqramının aparıcısı, “Azadlıq ” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzinin səhhətində ciddi problemlər yaranıb. Lakin ona heç bir tibbi yardım göstərilmir. Bu haqda Seymur Həzinin nişanlısı Nigar Həzi məlumat yayıb:
“Bu gün Seymurla danışdım. Bir müddətdir ki, Seymurun səhhətində yaranan problemlər daha da artmaga baslayib. Revmatizm ağrılarının şiddətlənməsinə baxmayaraq saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi heç bir addım atmır. Biz Seymurun bu həftə xəstəxanaya göndəriləcəyini gözləyirdik. Ancaq göndərilmədi. Seymur qeyd etdi ki, onunla bağlı yarana bütün xoşagəlməz hallara görə hakimiyyət məsuliyyət daşıyır”.