Nazirlik qarşısında insident: Sərxoş qoca mühafizəçilərdə qorxu yaratdı- BAKIDA

14-11-2016, 20:27   


Bu gün axşam saat 19 radələrində paytaxtın Süleyman Rəhimov küçəsində, Xarici İşlər Nazirliyinin binası qarşısında sərxoş kişi ətrafdan keçənlərə və nazirliyin mühafizə xidmətinə narahatlıq yaradıb.

Cebhe.info xəbər verir ki, nazirlik əməkdaşlarının xidməti avtomobiiləri üçün nəzərdə tutulan arxa qapıya üzbəüz səkidə, lüks avtobobilin yanında yerə yıxılan yaşlı kişi ilk növbədə XİN mühafizə xidməti əməkdaşlarının diqqətini çəkib. İki əməkdaş onu yerdən qaldıraraq kömək etməyə çalışsalar da, mümkün olmayıb. Sərxoş olduğu hesab edilən yaşlı şəxs suallara cavab verməyib. Yoldan keçən maşınların sürücüləri də avtomobilləri saxlayaraq şəxsə yardım göstərməyə çalısalar da, o, yıxıldığı yerdən qalxmamaqda israr edib. XİN mühafizə xidməti əməkdaşları çıxış yolunu onu zorla yıxıldığı yerdən qaldıraraq şəkiyə söykəməkdə tapıb.

Bundan sonra mühafizə xidməti əməkdaşları təcili yardım çağıracaqlarını bildirərək binanın həyətinə qayıdıblar.

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar