Lotu Quli ilə razılaşma əldə olundu - O, azadlığa çıxana qədər nəzarət...

18-11-2016, 16:42   
Lotu Quli ilə razılaşma əldə olundu - O, azadlığa çıxana qədər nəzarət...
Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlindən sonra ona məxsus olan obyektlərə nəzarət uğrunda savaşın başladığı barədə məlumat vermişdik

Politika.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, xüsusilə göyərti bazarında etnik qruplaşmalar arasında yaranan vəziyyət sifariş xarakteri daşıyır. Adının çəkilməsini istəməyən “oğru” Rusiya mətbuatına bildirib ki, hələ Sovet zamanından etibarən bütün Rusiyada kənd təsərrüfatı məhsulları bazarında əsas pay azərbaycanlılara məxsus olub: “Bu bazarlara nəzarət həmişə azərbaycanlıların əlində olub və onlar səxəvətlə öz qazanclarını “qanuni oğru”larla bölüblər”.

O, bazarlardan əldə edilən gəlirlərin bölüşdürülməsi prinsiplərini də açıqlayıb: “Bəxtiyarın zamanında azərbaycanlı “oğru”lar əldə edilən qazancı eyni bərabərdə bölürdülər. Onun zamanında ayrıseçkilik yox idi. Hamı eyni pay götürürdü. Bəxtiyarın ölümündən sonra Seymur, Hikmət və Çingizi Rövşən Lənkəranski öz himayəsinə götürdü. Beləliklə də bərabər pay söhbəti aradan qalxdı”.

Mənbənin bildirdiyinə görə, Lənkəranskinin qətlindən sonra onun nəzarətində olan sahələr uğrunda Kaxa Parpaliya və Levan Cvanqeladze də mübarizəyə başlayıb: “Ancaq azərbaycanlılar öz həmvətlərinin onlara “krışalıq” etməsini istəyirdilər və beləliklə Bakıda həbsdə olan Lotu Quli ilə Vaqif dövriyyəyə girdi. Bu iki nəfər Lotu Quli azadlığa çıxana qədər aralarında heç bir fikir ayrılığı olmayacağına dair razılığa gəliblər. Ancaq ola bilər ki, süni yaradılan gərginlik azərbaycanlı “oğru”lar arasında həbsləri gündəmə gətirsin”.
Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar