Eldar Həsənovun qudasının bağ evini niyə yandırmaq istəyiblər?

18-11-2016, 19:27   
Eldar Həsənovun qudasının bağ evini niyə yandırmaq istəyiblər?

Bir neçə gün əvvəl naməlum şəxslər sabiq baş prokuror, Azərbaycanın Serbiya Respublikasındakı və Monteneqrodakı səfiri Eldar Həsənovun qudasının Bakıdakı bağ evini yandırmağa cəhd ediblər.

Bu hadisə səfirin qudası Şamil Qurbanovun Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsindəki bağ evində baş verib.

Qeyd edək ki, uzun illər Daxili İşlər Nazirliyində yüksək vəzifə tutan Ş.Qurbanov bir neçə ay əvvəl dünyasını dəyişib.

Naməlum şəxs və ya şəxslər onun bağ evinin həyətinə daxil olaraq pencərələrə benzin səpərək od vurmaq istəyiblər. Ancaq hələlik bəlli olmayan səbəblərdən onların bu cəhdi baş tutmayıb. Özləri ilə gətirdikləri benzin dolu qabı hadisə yerində ataraq qaçıblar. Bu hal aşkar olunduqdan sonar dərhal polisə məlumat verilib və hadisə yerinə xeyli polis əməkdaşı gəlib. Hazırda polis səfirin qudasının bağ evini yandırmağa cəhd edənləri axtarır.



Xatırladaq ki, 2013-cü il iyulun 25-də Ş.Qurbanovun qardaşı Habil Qurbanovun Azərbaycanın Almaniyadakı səfirliyində ikinci katib işləyən oğlu Tural Qurbanovun meyiti Maldiv adalarındakı otellərdən birində tapılmışdı.

Azərbaycanın Xarici İşlər Nazirliyi 29 yaşlı Tural Qurbanovun Maldiv adalarındakı istirahət mərkəzlərindən birində dincələrkən ürək tutmasından öldüyünü bildirsə də, o zaman bu hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirilirdi.

Gunxeber.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar