AKİF ÇOVDAROV ÜRƏYİNİ DƏ DƏYİŞDİRİBMİŞ - Baçısı açıqladı

19-11-2016, 12:24   

Akif Çovdarov doğulub, boya-başa çatdığı Gürcüstanın Marneuli rayonunun Alget (əvvəlki adı Gorarx-red.) kəndində ezamiyyətdə olan “Yeni Müsavat” qəzetinin əməkdaşları həbsdə olan generalın qohumları, sinif yoldaşları, ailə üzvləri danışıb, onun barəsində məlumat toplayıb.

“AzPolitika.info”nun məlumatına görə, söhbət zamanı Akif Çovdarovun biologiya müəlliməsi olan bacısı Qənirə Çovdarova maraqlı bir fakt açıqlayıb: “Akif Çovdarov iki dəfə aclıq elan edib, biləsiz! Mədəsi kəsilib götürülmüş adama aclığı necə rəva bilirlər, başa düşmürəm. Akifin öd kisəsi də yoxdu… Kəsib götürüblər.
Ürəyini də bir başqasınınkı ilə əvəzləyiblər. Bunu da bilin! Qan-damar sistemi də, Almaniyada büsbütün dəyişdirilib… Nəvələrinə yalandan deyirik, bəs baba Almaniyaya müalicəyə gedib. Bəs bir azdan qayıdıb gələcək”.

Maraqlıdır, Akif Çovdarov ürəyini neçənci ildə, kimin ürəyi ilə əvəzləyib. Ən əsası qurbanlarından birini ürəyini ona verməyə məcbur etməyib ki?
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar