Tramp hansı azərbacanlıya vəzifə verəcək - Yeni təyinatlar

19-11-2016, 12:33   
Tramp hansı azərbacanlıya vəzifə verəcək - Yeni təyinatlar
ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş Donald Tramp baş prokuror və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru postlarına öz kadrlarını təyin edib

Politika.Az Bloomberg-ə istinadən bildirir ki, respublikaçı senator Ceff Sessions ABŞ-ın yeni baş prokuroru, respublikaçı konqresmen Maykl Pompeo isə MKİ-nin direktoru olacaq.

Politika.Az CBS-ə istinadən bildirir ki, Alabama ştatından seçilmiş senator Ceff Sessions və Kanzas ştatından Nümayəndələr Palatasıüna seçilmiş Maykl Pompeo təklifləri qəbul ediblər.

Donald Tramp az öncə bəyan edib ki, milli təhlükəsizlik məsələləri üzrə müşavir postuna təqaüddə olan general-leytenant, Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin sabiq direktoru Maykl Flinni təyin edib.

2012-ci ildə prezident seçkilərinə namizəd qismində qatılmış Mitt Romninin dövlət katibi postuna təyinatı gözlənilr.

Qeyd edək ki,azərbaycanlı iş adamları ilə yaxşı münasibətləri olan ABŞ-ın 45 prezidenti D.Tramp Ağ evə vəzifəyə azərbaycanlı təyin edilməsi də gözlənilir.

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar