“Gio Gürzə” ləqəbli 40 yaşlı “qanuni oğru” Georgi Şirinovun Moskvada öldürülüməsi kriminal müharibənin başlanmasından xəbər verir
Belə ki, kriminal aləmin “xaç atası” hesab edilən Ded Xanın qətlindən sonra Moskvada ilk dəfə olaraq “qanuni oğru” öldürülüb.
2013-cü ildə Ded Xasanın qətlindən sonra ötən müddət ərzində “qanuni oğru”larla hesablaşama Rusiya sərhədlərindən kənarda aparılıb. Bu müddətdə təkcə “qanuni oğru”- Əlibala və Rövşən Lənkəranski Türkiyədə qətlə yetirilib. Ümumilikdə isə son 3 ildə qanlı hesablaşmalar Rusiya sərhədlərindən kənarda aparıldığına görə son ölüm faktı artıq Moskvada “oğru savaşı”nın ilk siqnalı kimi qəbul edilib.
Xüsusilə də bəzi mənbələr bunu R.Lənkəranskinin qətlindən sonra kriminal aləmdə böyük savaşa hazırlıq getdiyi barədə informasiyaların doğrulması kimi qiymətləndirir. Georgi Şirinov davada aldığı kəllə-beyin travmasından dünyasını dəyişib. Onun ölümünün Merab Mzareula ilə bağlı olduğu təxmin olunur. Kriminal aləmdə Kiko kimi tanınan Merab Mzareula 2014-cü ildə “türk klanın”nın dəstəyini alan “oğrular” Laşa Barateli, İko Cabua, Reziko Ubilavanın statusunun geri alınmasının təşəbbüskarı olub. Şirinov də bu təşəbbüsü dəstəkləyib və ölümünün də məhz bu hərəkətinə görə “qazandığı” təxmin olunur.
Politika.Az