Təcili!!! Gülnara Kərimovanı öldürdülər

22-11-2016, 16:13   
Təcili!!! Gülnara Kərimovanı öldürdülər
Özbəkistan xüsusi xidmət orqanlarındakı anonim mənbə bildirib ki, Gülnarə Kərimovanı noyabrın 5-də zəhərlə öldürüblər və gizlicə Daşkəndin “Minor” qəbiristanlığında basdırıblar.

Xəbərə görə onun qəbrini yerlə bərabər ediblər ki, basdırıldığı yeri tapmaq mümkün olmasın.

Həmin mənbə məlumatı “Mərkəz-1” (centre1.com ) adlı saytın jurnalistinə telefonla verib, deyib ki, Gülnarə Kərimovanın dəfnində şəxsən iştirak edib. Mənbənin bildirdiyinə görə G.Kərimovanın uşaqları İslamla İmanın taleyi üçün narahat olduğuna görə bu məlumatı çatdırmaq qərarına gəlib.

Hələlik bu xəbərə rəsmi qaynaqlar şərh verməyiblər. Bildirilir ki, son günlər Tvitter-də “Gülnarəni göstərin” akkauntu fəaliyyət göstərir və sosial şəbəkə istifadəçiləri Özbəkistan hakimiyyətindən mərhum prezidentin qızını göstərməyi tələb edirlər. Bu arada Tvitterdə G.Kərimovaya aid olduğu iddia edilən başqa hesab da fəaliyyət göstərir, xüsusi xidmət orqanlarının açdığı ehtimal olunan həmin hesabdan köhnə ailə fotoları yayılır.

Xatırladaq ki, G.Kərimova 2014-cü ildən Daşkənddə ev dustağı kimi saxlanılırdı və onu atasının dəfnində iştirak etməyə qoymamışdılar.

* * *15:40

Özbəkistanın mərhum eks-prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimova öldürülüb.

Virtualaz.org xəbər verir ki, bu barədə Orta Asiya mənbələri Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşına istinadən bildirir.

Xəbərə görə Gülnara Kərimova zəhərlənərək öldürülüb.

Xəbər yenilənəcək...

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar