Sabiq nazir ayda 300 min manat xərcləyir, bəs vətəndaşlar? - VİDEOSORĞU
22-11-2016, 20:42
Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun aylıq şəxsi xərclərinin 300 min manat olması ilə bağlı yayılan informasiya ictimaiyyət arasında müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, Ə.Abbasov tabeliyində çalışmış şəxslərin, o cümlədən, nazirliyin aparat rəhbəri olmuş Vidadi Zeynalovun cinayət işi üzrə prokurorluqda belə bir ifadə vermişdi.
Onun ayda 300 min manatı necə xərcləməsi belə, bir çox insanlarda sual doğurdu.
Musavat.com sadə Azərbaycan vətəndaşının aylıq xərclərinin nə qədər olmasını öyrənməyə çalışıb. Bu məqsədlə paytaxt küçələrində qarşımıza çıxan vətəndaşlardan özlərinin və ailələrinin aylıq xərclərinin nə qədər olmasını soruşduq.
Cavablar isə müxtəlif oldu. Bir çoxları aylıq qazancının xərclərini ödəmədiyini, bəziləri isə bahalaşmadan sonra xərclərini azaltdığını dedi.
Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.