Türkiyənin Şırnak vilayətində təşkil edilən hərbi əməliyyatlar zamanı 2 PKK terrorçusu öldürülüb. Axar.az xəbər verir ki, bu barədə Şırnak Valiliyi məlumat yayıb.
“Cudi dağında təhlükəsizlik qüvvələri tərəfindən 2 PKK-çı öldürülüb. Məhv edilən terrorçulardan biri PKK-nın Cudi dağı üzrə bölgə lideri idi”, – məlumatda bildirilib.