UFO-ların sirli Azərbaycan bağlantısı: Zəlzələ, oğurluq, qətllər…

27-11-2016, 17:37   


Amerikalı UFO araşdırmaçısı Ceff Pekman mətbuat konfransında ictimaiyyətə ilginc video görüntü təqdim etdi. Videoda yadplanetli əks olunurdu. Elm adamları görüntünü araşdırdılar və qəti qərara gəldilər ki, bəşəriyyət kainatda tək deyil. Pekmanın nümayiş etdirdiyi görüntü 2003-cü ildə ABŞ-ın Nebraska şəhərində Stan Romanek adlı şəxs tərəfindən infraqırmızı kamera ilə çəkilib. Təsvir olunan yadplanetlinin 1 m 20 sm boyu vardı. Görüntünü araşdıran Kolarado Elm Mərkəzinin mütəxəssisləri videoda görünən qeyri-adi varlığın qətiliklə yadplanetli olması barədə rəy verdilər.

(Yazının əvvəlini buradan oxuya bilərsiniz)

İşğala hazırlaşırlar

Digər nəzəriyyəyə görə, yadplanetlilər asanlıqla insan formasına çevrilə bilirlər. Onlar hazırda da bizim aramızda yaşayırlar. Oxşar nəzəriyyələr başqa bir ehtimal üzərindədir. İddiaya görə, yadplanetlilər insan bədənini asanlıqla ələ keçirə bilən virus, yaxud başqa bir orqanizmdir. İnsanları öz daxillərindən ələ keçirmək istəyən “yaşıl adamlar”ın dünyanı işğal etməyə hazırlaşdıqları da ən qorxulu iddialar arasındadır.

Ruzvell hadisəsi

Ən real nəzəriyyələrdən biri UFO-ların insan istehsalı olmasıyla bağlıdır. İkinci Dünya Müharibəsindən sonra səmada tez-tez görünməyə başlayan UFO-ların ABŞ istehsalı döyüş təyyarələri olduğu deyilir.

Uzun illərdir sınaqdan keçirilən texnika hələlik, müəyyən çatışmazlığa görə, arsenala salınması gecikdirilir. Lakin tamam fərqli bir ehtimal da var. Olay 1947-ci ildə baş verib və Ruzvell UFO hadisəsi adlanır.

Bir sıra mənbələr qeyd edirlər ki, ABŞ yadplanetlilərə məxsus UFO-nu ələ keçirərək, bu texnikanın üzərində prototiplərini yaradıb. Ruzvell hadisəsi nə qədər meteorologiya olayı adlandırılsa da ABŞ-da yaşayan insanlar şəhərdə ələ keçirilən UFO-nun gizli hərbi bazalarda saxlanıldığına inanırlar.

Ünsiyyətdən qaçan müşahidəçilər

Yadplanetlilərin müşahidəçilər olduğunu düşünənlər də var. “Yaşıl adamlar” Yerin peyki Aydan dünyamızı izləyirlər. Dəfələrlə Aya kosmik vasitələr göndərilməsinə baxmayaraq, bu səma cisminin sirrinin tamamilə açılmağa məhz yadplanetlilərin mane olduqlarına inanılır. Yalnız bizi müşahidə edən “yaşıl adam”lar insanlarla ünsiyyətdən qaçırlar. Ara-sıra baş verən üstü açılmayan oğurluq halları da onlara bağlanılır.

Dost, yoxsa düşmən?

Fizik Stefan Havkinqə görə, yadplanetlilər insanların düşmənləridir. Havkinqin nəzəriyyəsinə görə, yadplanetlilərin dünyanı kəşf etmələrinin ağır nəticələri olacaq. O, səmadan gələnlərin Yer kürəsini işğala hazırlaşdıqlarını da istisna etmir: “Dünyanın sahib olduğu yerüstü və yeraltı zənginliklər onların diqqətlərini cəlb edib. Buna görə də dünyaya müharibə elan edəcəklər”. Yadplanetlilərin düşmən olmadığını, əksinə bizi qorumaq məqsədilə Yer kürəsinə gəldiklərinə inanan nəzəriyyəçilər də var. Bu nəzəriyyəyə görə, insanlar planetə zərər verməyə davam etsələr, yadplanetlilər buna müdaxilə etməli olacaqlar. Bu, dünyada yeni mədəniyyət erasının başlanğıcı olacaq. Yəni, onların nə vaxtsa Yerə sülh gətirəcəklərinə inanırlar.



Amerikadakı gizli bazalar

1953-cü ildə ABŞ-da “kölgə hökuməti”nin daxilində “Majestic-12” adlı gizli komitə yaradıldı. Los-Almos və Nyu Mexikodakı gizli komitəyə Trümen başçılıq edirdi. “Majestik-12”nin “MJ-12”, “DDB-V”-lərlə (dünya xarici varlıqlar) passiv şəkildə əlaqələr qurduğu bildirilir. Zeta Retculi ulduz sistemindən gəldiyi iddia edilən böyük gözlü və böyük başlı, ağıllı sürünən varlıqların (bozlar) bor elementinə ehtiyacları var idi. ABŞ-ın cənub-şərq bölgələri borla zəngindir. Təsadüf deyil ki, ABŞ-ın yeraltı gizli bazaların böyük əksəriyyəti burada yerləşir. UFO-lar da məhz tez-tez kameralar tərəfindən bu bölgələrdə görüntülənirlər. İddiaya görə, ABŞ hökuməti bor qarşılığında yadplanetlilərdən ən yeni texnologiyalar alıb. Ən qorxulusu isə budur ki, Avropa mənbələri yadplanetlilərə Amerika ərazisində gizli yeraltı baza açılmasına hökumət tərəfindən icazə verdiyini deyirlər. Belə məlum olur ki, bölgədə - 22 müxtəlif istiqamətdə yerin altında yerləşdirilmiş “Zehin nəzarəti - işıq” hərbi texnolgiyası ABŞ-a yox, yadplanetlilərə məxsusdur.

Bazalar sistemi “Region-51” adlanır. 1986-cı ildə UFO-nun İngiltərədə bir hərbi baza üzərinə endiyinin şahidi olduğunu iddia edən Uiliyam P.Lir yadplanetlilərlə ABŞ hökuməti arasında razılşama olduğunu iddia etdi. Lir bildirdi ki, 1969-1971-ci illər aralığında başqa planet rəsmilərilə “Majestik-12” arasında əldə olunan razılaşmaya əsasən, Ağ Ev UFO-ların uşaq oğurlamalarına icazə verir. Yadplanetlilər oğurladıqları insanlardan alınan ferment və ya hormonun hidrogen peroksidlə qarışdırılmasından əldə edilən məhluldan UFO-ların təmir olunması və bədənlərinin dezinfeksiya edilməsi üçün istifadə edirlər. Lir deyirdi ki, 1956-cı ildə çavuş Conatan R.Lutte Vayt Sənds poliqonundan disk şəklində təyyarə tərəfindən qaçırıldıqdan üç gün sonra bədəni parçalanmış şəkildə tapılır. Bu əməliyyatlar yeraltı laboratoriyalarda (Qrum Leyk-51-də) insanlar canlı ikən həyata keçirilir.

Kennedi sui-qəsdi

1979-1983-cü illər aralığında “Majestik-12” işlərin planlaşdırıldığı kimi getmədiyini görür. 1979-cu ildə prosesləri araşdıran bir qrup Nyu-Mexikonun Dulke bölgəsində yadplanetlilərə məxsus gizli baza kompleksini mühasirəyə alır. Bazadakı əsirləri xilas etmək üçün xüsusi təyinatlı dəstə göndərilməsinə baxmayaraq, araşdırmaçıların 66 əsgəri öldürülür. Bədbəxt hadisədən sonra “MJ-12” üzvləri (üzvlər arasında o zamankı dövlət katibi Henri Kissincer, keçmiş “CIA” direktoru Rişard Helms və sabiq Donanma Kəşfiyyatı və Milli Təhlükəsizlik Agentliyinin başçısı Bobbi Rey İmman var idi) vəziyyəti ictimaiyyətə açıqlamaq məcburiyyətində qaldılar. Lakin onlar belə bir açıqlamanın çaxnaşmaya səbəb olacağını bildiklərinə görə, başqa taktikaya əl atdılar. Bəyanatın əvəzinə “DDB-V”ya qarşı təsirli silah yaratmaq təklifi irəli sürüldü. "Strategic Defense Initiative" (SDI) adlanan “Ulduz müharibəsi” layihəsi irəli sürüldü.

İddia olunur ki, həmin vaxt prezident Kennedi hökumət dairələrilə yadplanetlilər arasındakı müqaviləni ictimaiyyətə bildirmək istəyinə görə, qətlə yetirilib.

Məxfi Dulke dosyesi



İkinci Dünya Müharibəsində Almaniyadan ABŞ-a gələn mütəxəssislər “uçan boşqab” hazırlamaqla məşğul idilər. “Mind Control" və “Antiqravitasional” ABŞ-da “Frankşteyn” adı altında zavod açaraq, yadplanetlilərə bənzər varlıqlar yaradıblar. Bunlar “Chupacabra” adlı vampirlər idi. Əsas məqsəd də insanları onların iradələrinə tabe etməkdən və vahid idarəetmə mexanizmi yartmaqdan ibarətdi. Bunun başqa adı “Created Reptilian Alien Vampire Engineered Species” (“Genetik dəyişməyə məruz qalmış, sürünən yadplanetli vampir növü”) idi. Nyu-Mexikodakı gizli yeraltı laboratoriyada hazırlanırdı. Baza ətrafında tez-tez görünən parçalanmış cəsədlər və UFO-lar şübhələri təsdir edirdi.

Amerikalı araşdırmaçı Paul Bennevitz Dulke bazası ilə bağlı kifayət qədər tutarlı faktlar toplaya bilib. Paul Benevitz UFO tərəfindən oğurlanan mexikolu Marna Hansenin başına gələn hadisələri araşdırmışdı. Hansen 1980-ci ildə qaçırılaraq yeraltı bazaya aparılır. Hadisədən 7 il sonra Krista Tilton adlı amerikalı yoxa çıxır. Tilton qaçırıldıqdan sonra təhlükəsizlik kameraları və kompüter şəbəkəsilə təchiz edilmiş yeraltı bazaya aparılır. O, üz surəti çıxarılan böyük kompüter monitorunun qarşısına gətirilir. Kompüter vasitəsilə şəxsiyyət vəsiqəsi hazırlanan Krista bazanın 5-ci qatına endirilir və burada yadplanetliləri öz gözlərilə gördüyünü iddia edir. Krista sonralar karandaşla orada şahidi olduqlarının şəkillərini çəkmişdi. Baza haqqında ətraflı məlumatlar isə təsadüfən ələ keçirilən “Dulke sənədləri” adlı məxfi dosyedə ortaya çıxır. Dosyedə Dulke bazalar kompleksinin 30 ədəd ağ-qara fotoşəkli və 1 videoçarx vardı. İddiaya görə, sənədi bazadan 1979-cu ildə Dulkedə təhlükəszilik xidmətində çalışmış Tomas C. çıxarıb.

Bazadan qaçış

Tomas gördüyü qorxulu hadisələrdən sonra daha çox susa bilməyəcəyini başa düşürdü. O, ABŞ hökumətilə yadplanetlilərin dünya haqqındakı dəhşətli planların çox qorxulu olduğunu bildirirdi. Gördüklərinə dözə bilmədiyi üçün qaçır və gedəndə dosyeni özüylə aparır. Çarxda yadplanetlilərlə ABŞ hökumət yetkililərinin açıq ünsiyyəti təsvir olunurdu. Tomasın iddiasına görə bazada 18 min yadplanetli olub, bozların boyu ən az 1.83 sm-dir. Tomas bildirir ki, Dulkenin təhlükəsizliyini “ULTRA-7” şüa sistemi təşkil edir, baza 7 qatdan ibarətdir, yadplanetlilər əsasən 5, 6 və 7-ci qatlarda işləyirlər. Dulkedən Arizona (Peyc) və Nevada bazalarına əlaqələr mükəmməl şəkildə təşkil edilib. Bazadan qalxan yeraltı mexaniki məkik vasitəsilə Taos, NM, Kolarado Sprinqs, Krid, Sandia bazalarına getmək mümkündür. Dulkedə hər şey yadplanetlilərin dilində yazılıb və simvolları ilə işarələnib. Bazanın həssas nöqtələrində heç kimin əlində əşya daşınmasına icazə verilmirdi, bu hissələrdə hər şey xüsusi daşınma diapazonu vasitəsilə həyata keçirilirdi. Dulkedə liftlər maqnetik işləyir və adi işıqlandırma sistemlərində kabellərdən istifadə edilmir. Dəhlizlər fosforla işıqlandırılır, bilinməyən səbəblərdən ötrü yadplanetlilər bazanın bu hissələrinə yaxınlaşa bilmirdilər.

Müharibələrin hazırlandığı mərkəz və nordiklər



1-ci qat qaraj rolunu oynayır, 2-ci qatda qatarlar, məkiklər, torpaq dağıdan maşınlar saxlanılır, 4-cü qatda insan aurası, telepatiya, hipnoz və yuxular üzərində araşdırmalar aparılmaq üçün labaratoriya yerləşir. Tomasın iddiasına görə onlar burada oğurladıqları insanların bioplazmik bədənini fiziki bədəndən ayırıb onun yerinə yadplanetli varlığın həyat gücmatrixini yerləşdirirdilər. Bu qatda insanlar xüsusi qurğularla məhv edilirdi.

6-cı mərtəbə “Kabus otağı” adlanır. Burada balıqlar, quşlar, siçanlar və s. heyvanların genetikasının dəyişdirildiyi laboratoriyalar var. Mərtəbədə həmçinin çox qollu və ayaqlı insanlar, qəfəslərdə 7 fut (2.13 m) uzunluğunda “Humanoid”, yarasayabənzər varlıqlar vardı. Dulkedə insanlara qarşı aqressivliyi ilə seçilən Nordik adlı yadplanetli qrupu da fəaliyyət göstərirlər. Tomas qeyd edir ki, dünyada baş verən bütün müharibələrin planları burada hazırlanır. Dulkedə insanın genetik xəritəsinin hazırlanması işini ABŞ-ın Energetika Nazirliyinin tabeliyində olan Milli Səhiyyə İnstitutu, Milli Elm Fondu, “Howard Huges Medical Institute” və nazirliyin özü tərəfindən icra olunur.
Tomasa görə, yadplanetlilər androjinal varlıqlardır: həm kişi, həm də dişi cinsləri öz-özünə çoxala bilirlər. Poliembrion olan yadplanetlilər 6, yaxud 9 fərd yaratmaq qabiliyyətinə malikdirlər. Tomasın Dulkedən qaçmasına səbəb 7-ci qatda insanların ondan kömək üçün yalvarmaları olub. 7-ci qatda minlərlə insan-yadplanetli hibridləri və humanoid embrionları soyuq hava anbarlarında saxlanılırdı: “İnsanlar məndən kömək istəyir, yalvarırdılar. Dözə bilmirdim, çünki onlara kömək edə bilmirdim. Qaçmalı idim”.

Mənsur Rəğbətoğlu

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar