“Sən mənim nömrəmi verən o ... denənən ki...” deyə söyüş söyən şəxs Komitə əməkdaşıdır? - AÇIQLAMA - VİDEO

28-11-2016, 14:49   



Azərbaycanda körpələr evində din adı altında qəm, əzadarlıq məclisi keçirilib. Əkbər Hüseyni adlı sosial şəbəkə istifadəçisi öz səhifəsində bu haqda məlumat yayaraq qeyd edib ki, onlar uzun zamandır İmam Hüseyn və Kərbəla şəhidlərinin adına qurulan məclisləri məscidlərdə və evlərdə təşkil ediblər. Bakıda körpələr evində xanım Rüqəyyə və Həzrəti Əli Əşgər adına qəm gecəsi qurulması nə dərəcədə düzgündür? Azərbaycan dünyəvi ölkədir, bu səbəbdən ölkə qanunvericiliyi də buna yol vermir. Xüsusən də azyaşlılar arasında bu cür dini mərasimlərin keçirilməsi yolverilməzdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov Cebhe.info-ya bildirib ki, valideynlərin və ya körpələrin evinin tabe olduğu icra hakimiyyətinin razılığı olmadan bu cür mərasimlərin keçirilməsinə icazə verilmir:

“Düşünmürəm ki, icra hakimiyyətləri tərəfindən belə bir təbliğatın aparılmasına yol verilsin. Bununla yanaşı elə hesab edirəm ki, bütün valideynlər həmrəy olub bu cür mərasimlərin təşkilinə razılıq verməz. Bu addım “Dini Etiqad Azadlığı” Haqqında qanun və bağçaların ümumi fəaliyyət normalarına ziddir. Din və şəriət adı ilə bu cür təbliğatlara haqq qazandırmaq tamamilə yolverilməzdir”.

G.İsmayılov Əkbər Hüseyni adlı şəxsin özünü qurumun əməkdaşı kimi təqdim etməsinə də münasibət bildirərək qeyd edib ki, şəxsin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı olması haqda yanlış məlumat yayması da yolverilməzdir.

Dinşünas Elşad Mirinin sözlərinə görə isə, bu cür şəxslərin əqidə və dünyagörüşlərini uşaqların saf beyinlərinə yürütməsi arzuolunan hal deyil: “Düşünürəm ki, “Həyat Bilgisi” dərsliyində uşaqlara dövlət tərəfindən təsdiqlənən müəyyən dini məlumatlar verilməlidir. Kənar şəxslərin müdaxiləsi yolverilməzdir”.

Xatırladaq ki, ötən gün mətbuat nümayəndələri Əkbər Hüseyni ilə əlaqə saxlayıb. Qarşı tərəf müxbirin bu cür mərasimlərin keçirilməsi ilə bağlı sualına belə münasibət bildirib:

“Oyun oynayırıq, sən kimsən? Mən Dini Qurumlarla İş üzrə Komitənin əməkdaşıyam. Hər şeyi Allah yolunda edirik. Sən mənim nörməmi verən o ... denən ki... Nə eləyirəm əcəb eləyirəm”.



Nigar Məhərrəm
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar