Bir çoxlarını uşaqlıq illərinə aparan “elektriçka”lar yenidən istifadəyə veriləcək
Bu haqda Azərbaycan Respublikasının Dəmiryollar Açıq Səhmdar Cəmiyyətindən cəbhə.info-ya məlumat verilib.
Qeyd olunub ki, artıq bir həftədir ki, təmir-bərpa işlərinə başlanılıb, prosesin nə vaxt yekunlaşacağı isə bəlli deyil. Ehtimal ki, bu proses bir ildən də az müddətdə öz həllini tapacaq. Dəmiryolu xətti 8-ci kilometr qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradiz, Saray, Sumqayıtı əhatə edəcək.
Dəmiryol ASC-dən bildirilib ki, hazırda qatar Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edir. Gələcəkdə bu yol dairəvi marşrut olacaq. 29.2 kilometr uzunluqda olan bu yollarda mühüm kommunal xətlər yerləşdiyi üçün təmir işləri ehtiyatla həyata keçirilir.
Politika.Az