Neft ölkələrinin öz büdcəsini formalaşdırması üçün neftin fərqli qiymətlərlə satılması lazımdır.
Cebhe.info xəbər verir ki, bunu Bloomberg agentliyi Beynəlxalq Valyuta Fondundan əldə edilən rəqəmlərin təhlil edərək yazıb. Agentliyin ekspertlərinin fikrincə, neft ölkələri arasında hasilaıtn dondurulmasi ilə bağlı fikir ayrılığı da məhz bu məqamla bağlı yaranır.
Ekspertləri belə hesab edir ki, büdcə defisitini qapatmaq üçün Küveytə hər barel üçün neftin 47,8 dollara satılması kifayət edir. Bu isə Brent marka neftin indiki bazar qiymətindən, yəni 48,05 dollardan azdır. Buna görə də Küveyt nefti hasilatının dondurulması barədə təkliflə razıdır.
Birləşmiş Ərəb Əmirliklərinin büdcə problemini aradan qaldırması ancaq neftin hər barelinin 58,6 dollara, Qətər üçün 62,1 dollara, Səudiyyə Ərəbistanına isə 79,7 dollara satılması lazımdır.
İran isə büdcə ilə bağlı yaranan problemlərin həlli üçün neftin qiymətinin bir qədər artmasını istəyir. Əgər neftin dəyəri 55,3 dollara yüksələrsə, o zaman İran üçün büdcə kəsirini örtmək çətin olmayacaq. İŞİD-in neft ərazilərinə ələ keçirməsi səbəbindən gəlirləri azalan İraq isə neftin hər barelinin 58,3 dollara satılmasını istəyir. Əlcəzairin problemlərini həll etməsi etmək üçün neftin hər barelinin 90,6 dollara qədər yüksəlməsi lazımdır. Ekvador və Venesuela üçün isə vəziyyət daha çətindir. Bu ölkələr üçün neft müvafiq olaraq 104,69 və 117,5 dollara satılmaldıır. Rusiyanın probleminin həllinə neftin hər barelinin 69 dollara satılması kömək edə bilər.
Xəzər
Cebhe.info