“Bakıdan İstanbulacan və dönüş...”

30-11-2016, 09:37   


Kitabın təqdimatı Dekabr 3-i, saat 15:00-da Akademik Milli Dram Teatrında...


Əziz oxucular! Telejurnalist Nigar İsmayılqızı “imza günü” nə hazırlaşır. Müəllifin ikinci kitabı “Bakıdan İstanbulacan və dönüş...”adlanır. Yeni işıq üzü görən kitabın redaktoru tanınmış telejurnalist Vəli Əkbərdir. Kitabin redaktoru deyir: “Bakıdan İstanbulacan və dönüş...” adlı kitabda müəllifin müxtəlif zamanlarda ünsiyyət qurduğu insanlarla müsahibələri toplanıb. Bu kitabda Əlibəy Hüseynzadənin qızı rəssam Feyzavər Alpsar, xalq yazıçısı Elçin Əfəndiyev, Çingiz Abdullayev, Elçin Hüseynbəyli, xalq şairi Vaqif Səmədoğlu, Baba Vəziroğlu, aktyorlar Fəxrəddin Manafov, Füzuli Hüseynov, Meral Konrat, Hacı İsmayılov, xalq rəssamı Arif Hüseynov, Teymur Rzayev, Rəşad Mehdiyev, musiqiçi Maykl Bolton, Patrisiya Kass və başqa şəxslərin söhbətlərini oxuya bilərsiniz. Kitabın təqdimatı Dekabr 3-i, saat 15:00-da Akademik Milli Dram Teatrının foyesində baş tutacaq. Kitabsevərlər dəvətlisiniz...
Məlumat üçün deyək ki, müəllifin ilk kitabı “Pamukun qonşusu” olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar