ANS-in ölkədaxili məhkəmə prosesi yekunlaşıbmı?
ANS ŞİRKƏTLƏR QRUPU MMC-nin məhkəmə prosesi tamamilə yekunlaşıbmı? Şirkətin ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov Cebhe.info-ya açıqlamasında telekanalın məhkəmə proseslərinin yekunlaşıb-yekunlaşmadığı haqda məlumatsız olduğunu deyib. Telekanalın vəkili Fuad Ağayev isə saytımıza açıqlamasında bu haqda məlumat verməkdən imtina etdiyini deyib: “Öncədən mediaya informasiya vermək səlahiyyətini qəbul etməmişəm. ANS-çilər KİV-ə bu haqda daha ətraflı məlumat verə bilərlər. Kifayət qədər peşəkar kadrlardır”.
Telekanalın noyabrın 19-da Türkiyədə əməliyyat olunan vitse-prezidenti Mirşahin Ağayevlə isə sadəcə olaraq mesaj üzərindən əlaqə saxlamaq mümkün olub. O, hazırda ölkədən kənarda olduğunu deyib.
M.Məmmədov isə Mirşahin Ağayevin hələlik xəstə yatdığını, 5-6 gündən sonra ölkəyə qayıdacağını bildirib.
Nigar Məhərrəm
Cebhe.info