“Papa dəhşət içindədir, dualar edir, amma xilas yolu görünmür
Dünyanın müxtəlif yerlərində son günlərdə zəlzələlərin sayı durmadan artır. Xüsusilə Yerin seysmik cəhətdən aktiv olmayan zonalarında tez-tez zəlzələlərin baş verməsi başqa ehtimalları ortaya çıxarır. Mütəxəssislər bu ölkələrə olunan telekinetik hücumlardan danışırlar.
Qeyd edək ki, telekinetik enerji maddələri zehinsəl gücləri hərəkətə keçirmək məsələsidir. Qədim kabala inancına görə, qeyri-adi güclər zehin olaraq yönəldiyi enerjilərlə süni, lakin dağıdıcı zəlzələlər yarada, yaxud hansısa fəlakətin qarşısını ala bilirlər. Astroloq və ekstrasenslər günümüzdə bir sıra ölkələrin son zamanlarda tez-tez belə hücumlara məruz qaldıqlarını deyirlər. Ekstrasenslər artan zələlələrin dünya üçün qorxulu mesaj olduğunu – artıq sonun başlandığına, dəhşətli fəlakətlərə işarə olduğunu deyirlər.
Ekstrasensdən bədbin proqnoz
Rusiyanın tanınmış ekstrasensi Mariya İvanovna Cebhe.info-ya açıqlamasında dünyanı çətin günlərin gözlədiyini deyib. M.İvanovna qeyd edib ki, baş verənlər bəşəriyyəti parçalayacaq: “Dumanlı və buludlu bir gündür. Ölüm sükutu var. Lakin bir azdan insanlar qorxu içində evlərini tərk etməyə başlayırlar, amma bu xilas olmaq cəhdləri əbəsdir, gizlənməyə yer yoxdur. Fəlakət Günəşin çıxdığı yerdən batdığı yerədək davam edəcək. Dənizlər və çaylarda meyitlər axır. Papa dəhşət içindədir, dualar edir, amma xilas yolu görünmür. Tanrı insanları eşitmir. Bu, bəşəriyyətin məhvinin – sonun dəhşətli başlanğıcı olacaq. Qisascıl təbiət hər gün minlərlə insan canını alacaq. Ölkələrin çoxunun torpaqları altı üstünə çevrilib. O vaxt görülənlər bir də heç vaxt görülməyəcək.
Meyitlər o qədər çoxdur ki, torpaqda çürüyürlər. Günahlar qanla yuyulacaq. Sarı üzləri olan qızıl rəngli cəmiyyət fürsətdən istifadə etməyə çalışacaq. İnsanlar dəhşətli şəkildə öldürülürlər, torpaq onları udur. Yerin üstü və altı cəsədlərlə doludur. Onları dəfn etmək mümkün deyil, hər tərəfi üfunətli qoxu bürüyüb. Aclıq və səfalət görürəm. Ac insanlar cəsədlərə hücum çəkirlər”.
“Güclülər xarabalıqlar arasındadır”
Mariya İvanovnanın sözlərinə görə, o vaxta qədər bəşəriyyət qorxulu fəlakətlər yaşayacaq; çox böyük hadisələr baş verəcək: “İnsanların şüuru dəyişəcək. Güclülər zəlzələlərin insanlarda yaratdığı çaşqınlıqdan istifadə edirlər. Güclülər xarabalıqlar arasında görünürlər, torpaqda can verənləri öldürürlər”.
O günlərdə Günəş başqa formada çıxacaq, yerdə baş verənlər əksini səmada tapacaq. Dəhşət olacaq. Növbə Aya çatacaq. Bu iki hadisə arasında zaman çox qısadır. Quraqlıq, soyuq, təhlükələr dünyaya çox yaxındır. Səma süd rənginədir. Günəşdə partlayışlar artacaq. Nəticədə zəhərli qazlar 3 gün ərzində qaranlıq yaradacaq. Yerin altındakı maddələr hərəkət keçiblər”.
Qurulardakı ölüm
Ekstrasens bildirib ki, dağıcıdı fəlakətlər savaşlara yol açacaq: “Şərqdən Qərbə bütün torpaqlarda qan və cansız bədənlər görürəm. Yaranacaq çaşqınlıqdan istifadə edən müxalif güclər, xarici qüvvələr hakimiyyətləri ələ keçirmək üçün hərəkətə keçəcəklər. Bir sıra dövlətlərin başçıları öldürəcək. Təbiət min illərdir ona əzab verən insandan öz əlləriylə qisas alır.
Təyyarələri görürəm. Pilotlar yerə qutular atırlar. Ac insanlar sevinirlər, lakin qutularda zəhər və bombalar var. Ölüm hər tərəfi mühasirəyə alıb, çıxış yolu yoxdur. Göydən uçan naməlum obyekt görürəm. Suya nəsə edirlər, dalğalar qabarır. Sular mayakları udur. Sonra sular quruya hücum edirlər. Bu qısa zamanda baş verir, cəmi bir neçə gün ərzində. Bilmirəm nə zaman olacaq, amma olacaq. Dənizlərin, okeanların altı üstünə çıxacaq. “Böyük fahişə”nin günahlarını insanlar çəkəcək”.
Mənsur Rəğbətoğlu
Cebhe.info