Polis oğrunu tapmayınca, market sahibi video yaydı: Zərdabdakı şok oğurluğun KAMERA GÖRÜNTÜSÜ
2-12-2016, 18:43
Zərdabdakı “Üfüq” marketdə gecə saatlarında baş vermiş oğurluq hadisəsinin videogörüntüləri yayımlanıb.
Cebhe.info xəbər verir ki, 2014-cü il yanvar ayının 15-də Zərdab sakini Ruslan Əliyevə məxsus mağazada oğurluq hadisəsi baş verib. Gecə saatlarında mağazaya girməyə cəhd edən oğruların nəzarət kameraları vasitəsilə qeydə alınmış görüntüləri paylaşılıb. Mağaza sahibi hələ də oğurluq edənlərin polis tərəfindən tapılmadığını qeyd edib:
“Hadisə 2014-cü ildə baş verib.
Videogörüntülər polisə də təqdim edilib və hadisə barəsində polisə müraciət edilib. Hadisənin üzərindən illər keçsə də, hələ də onlar tapılmaıyb”.
Nəzarət kameraları tərəfindən qeydə alınmış görüntüləri sizə təqdim edirik.