ABŞ-ın Kaliforniya ştatında okeanın sahillərində yadplanetlilərin yumurtaları tapılıb.
Publika.az xəbər verir ki, sahildə tapılanlar insanlarda təşvişə səbəb olub.
Bəziləri sahildəki qəribə tapıntının yadplanetlilərin yumurtaları olduğunu iddia edərək, fotolarını sosial şəbəkələrdə paylaşıblar.
Kaliforniya Universitetinin əməkdaşlı professor Matt Bracken isə tapılan qəribə məxluqların “Pelagic tunicates” (Planktonik tunikap) adlanan dəniz canlıları ola biləcəyini ehtimal edib.