"Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxmalıdır"
Politika.Az xəbər verir ki, bunu bu gün Azərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
M. Çavuşoğlu qeyd edib ki, bu gün keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması geniş müzakirə olunub, Rusiya başda olmaqla, digər ölkələrlə bu barədə aparılan müzakirələr də diqqət mərkəzində olub: "Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupu da səylərini gücləndirməlidir".
Politika.Az