Son vaxtlar ölkənin bəzi saytları və xəbər portalları Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti, xüsusilə
Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov barəsində yalan və
böhtan kompaniyası aparırılar. Təşkilat adından KİV-də yayılmış təkziblərə
baxmayaraq, eyni xarakterli və məzmunlu yalanların tirajlanması davam etdirilir.
Heç bir faktlara əsaslanmayan bu qarayaxmaların tamamilə əsassız olduğunu,
kimlər tərəfindənsə məqsədli şəkildə idarə etdilməsini ölkə vetranları qəti şəkildə
rədd edirlər.
Əminliklə bildiririk ki, çirkin vasitələrə əl atanlar respublikada yüksək nüfuza
malik olan Təşkilatı qarşıda duran mühüm vəzifələrin həllindən yayındırmağa,
veteran həmrəyliyinə zərbə vurmağa nail ola bilməyəcəklər.
Respublika Veteranlar Təşkilatı öz fəaliyyətini Nizamnaməsinə, Plenumun və
Rəyasət Heyətinin qərarlarına tam uyğun olaraq qurur və noyabrı ayının 22-də
keçirilən növbəti Plenum veteranların Təşkilat ətrafında sıx birləşdiklərinin bir
daha əyani sübutu oldu. Respublika Veteranlar Təşkilatının fəaliyyətinin ölkə
rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməsi, veteranların sosial müdafiəsinin
və Təşkilatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan
ardıcıl addımlar da bunu aydın göstərir. Qərəzlərini gizlədə bilməyənlər də bunu
yaxşı bilir və Təşkilata göstərilən qayğıdan, nüfuzunun daha da artmasından ciddi
narahatlıq keçirirlər.
Qarayaxma kompaniyası aparanların və dəstəkçilərinin məqsədli cəhdlərinə
baxmayaraq, Respublika Veteranlar Təşkilatı və onun yerli təşkilatları bütün iş
istiqamətləri üzrə fəaliyyətlərini inamla davam etdirirlər və keçirdikləri tədbirlərin
əhatə dairəsini günbəgün genişləndirirlər. Təşkilatın ətrafında böhtan və yalan
yayanlar yalnız özlərini ifşa edirlər və edəcəklər.
Təşkilatımızın sədri, hörmətli generalımız Dadaş Rzayevə isə Allahdan şəfa
diləyir, tezliklə öz işinə qayıdaraq mənəviyyata və əxlaqa sığmayan əməl
sahiblərinin qara niyyətlərini gözündə qoymasını arzu edirik.
Bakı şəhər veteranlar təşkilatı sədrləri:
1. Binəqədi rayon VT-nin sədri Hətəmov Telman İsi oğlu
2. Xəzər rayon VT-nin sədri İbrahimov Nüsrət Şahbaz oğlu
3. Xətai rayon VT-nin sədri Məhərrəmova Nəcibə Səlim qızı
4. Qaradağ rayon VT-nin sədri Məmmədov Əli Nəbi oğlu
5. Nərimanov rayon VT-nin sədri Hüseynov Alı Feyzi oğlu
6. Nəsimi rayon VT-nin sədri Fərəcov İsmayıl Mövsüm oğlu
7. Nizami rayon VT-nin sədri Ağayev Yəhya Ağaqulu oğlu
8. Sabunçu rayon VT-nin sədri Mirzəyev Elxan Abbasqulu oğlu
9. Səbail rayon VT-nin sədri Ağayev Ömər Ağacahangir oğlu
10. Suraxanı rayon VT-nin sədri Rüstəmov Eldar Alməmməd oğlu