İlham Əliyev 2 sərəncam imzaladı

13-12-2016, 19:00   

Prezident İlham Əliyev Azərbaycan Respublikasının müdafiə sənayesi işçilərinə “Əməkdar Mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası müdafiə sənayesinin yaradılmasında və inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar Mühəndis” fəxri adı verilsin:

Daşdiyev İmaməddin Əşrəf oğlu

İbadov Adəm Bəhlul oğlu

Kərimov Qəzənfər Nuruş oğlu.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının müdafiə sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında müdafiə sənayesinin inkişafındakı xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Tərəqqi” medalı ilə:

Abdullayev Ələsgər Xəlil oğlu

Babayev Əmrah Məcnun oğlu

Babayeva Zibar Axəd qızı

Əsədov Hüseynağa Əsədulla oğlu

Əsədov Xasməmməd Əli oğlu

İsmayılov Rafael İbad oğlu

Qasımov Məzahir Fərman oğlu

Qədirova Narıngül Məmmədağa qızı

Qəniyev Tapdıq Yaqub oğlu

Sadıqov Tofiq Asiman oğlu

Yusifov Şahin İsa oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə:

Bağırov Eldar Həsən oğlu

Kərimli Şəfəq Xanlar qızı

Kərimov İsmayıl İbrahim oğlu

Qəniyev Elvin Qabil oğlu

Nərimanov Niyazi Nəriman oğlu

Şükürov Rəmzi Əbil oğlu

Tahirov Rasim Firudinoviç
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar