Türkiyədə baş verən terror aktı nəticəsində 9 nəfər şəhid olub - VİDEO - YENİLƏNİB

17-12-2016, 12:01   
Türkiyədə baş verən terror aktı nəticəsində 9 nəfər şəhid olub - VİDEO - YENİLƏNİB
Türkiyədə Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan avtobusun partladılması nəticəsində 9 nəfər şəhid olub.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseri şəhərindən olan millət vəkili İsmayıl Tamer "A Haber" telekanalına açıqlamasında bildirib.

Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Yusif Halaçoğlu isə deyib ki, "CNN Türk"ə terror aktının bomba yüklənmiş "Şahin" markalı avtomobil vasitəsilə həyata keçirilb.

AKP-nin Kayseridən olan digər millət vəkili Sami Dədəoğlu yaralıların sayının 15-20 nəfərə yaxın olduğunu söyləyib.

Yaralılar Erciyes Universitetinin tibb fakültəsinin xəstəxanasına və şəhərdəki digər səhiyyə müəssisələrinə yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım müvafiq qurumların rəhbərlərindən hadisə ilə bağlı ətraflı məlumat alıblar.

11:51

****
Türkiyənin Kayseri şəhərində terror aktı baş verib.

Axar.az xəbər verir ki, Kayseri Ərciyəz Universitetinin qarşısında partlayış baş verib.

Partlayış bu gün səhər saat 8:45-də Kayserinin Erciyes universitetinin əsas girişinin 500 metr uzaqlığında, Atatürk bulvarı ilə Talas prospektinin kəsişdiyi yerdə meydana gəlib.

Hadisə nəticəsində şəhid və yaralıların olduğu deyilir.

Bölgəyə xeyli təcili tibbi yardım briqadaları göndərilib.

Avtobusda həftə sonu istirahətinə çıxan mülki geyimli hərbçilər də olub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, naməlum bir avtomobil avtobusa yaxınlaşdıqdan saniyələr sonra partlayış baş verib.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, polis hadisə yerində geniş təhlükəizlik tədbirləri həyata keçirir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar