Qərb mediası öz liderlərinə qəzəblidir: Putinin kölgəsi belə Avropanı titrətməyə kifayət edir

17-12-2016, 19:10   
Qərb mediası öz liderlərinə qəzəblidir: Putinin kölgəsi belə Avropanı titrətməyə kifayət edir

Qərb dövlətləri arasında Putin məsələsi ətrafından ziddiyyətlər davam edir.

Avropa KİV-inin ortaq məxrəcə gəldiyi fikir bundan ibarətdir: İqtisadi cəhətdən güclü Avropa “ac” Rusiyanın əlində aciz qalıb.

Media isə buna görə bütün günahın Avropa dövlətlərini idarə edən şəxsləri görür, onları qətiyyətsizlikdə suçlayır, Rusiya məsələsi ilə bağlı öz aralarında yekdil fikrə gələ bilmədiyini vurğulayır.

Qərb mediasının fikrincə, xüsusilə Hələb faciəsi Avropa Birliyinin, ümumiyyətlə, hər hansı bir fəaliyyət qabiliyyətinin olmadığını göstərib.

“Putinin kölgəsi Avropa Birliyinin sammiti üzərində” - İsveçrənin Neue Zuercher Zeitung qəzetində gedən materialın başlığı belədir.

“Hələb faciəsi Avropa Birliyinin bu illər ərzində hansısa fəaliyyət göstərməkdə heyrətamiz bacarıqsıszlığını ortaya qoydu”, - məqalənin müəllifi Niklaus Nuspliger yazır.

Yazı müəllfinin fikrincə, Avropa Birliyi müdafiə məsələləri ilə bağlı sıx əməkdaşlıq məsələsində razılığa gəlsə belə işin hərbi müdaxiləyə qədər gedib çıxacağı ağlabatan görünmür. “Putin öz maraqlarının gerçəkləşdirilməsində heç bir vicdan əzabı keçirmir”, -Nuspliger qeyd edir.

Avropa Birliyi dövlətlərinin gücünü çatdığı tək şey isə Rusiyaya qarşı iqtisadi sanksiyaları daha 6 ay uzatması olub.

Lakin bu məsələdə də ciddi fikir ayrılıqları ortaya yaranıb. Məsələn, Slovakiya baş naziri Robert Fitso sanksiyaların uzadılmasına qarşı çıxıb. Bundan başqa Birlik üzvləri ABŞ-ın yeni rəhbərliyinin Moskva siyasətinin necə olacağının müəmması içərisindədir.

Xatırladaq ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Rusiyanın Ukraynaya qarşı aqressiv siyasətinə cavab olaraq tətbiq edilib.

Ukraynanı Rusiyanın əlindən qoparmaq üçün Qərb bu ölkənin Avropaya inteqrasiyasını möhkəmləndirəcək addımlar atır. Buraya Ukrayna ilə imzalanan Assosiasiya haqqında saziş də daxildir.

Lakin Birlik dövlətləri arasında bu məsələdə də həmrəylik yoxdur. Belə ki, Hollandiya bu sazişə şiddətlə qaşrı çıxır. Hollandlar hətta sazişlə bağlı ölkədə referendum belə keçirib və səsvermə Kiyev uşun neqativ sonluqla bitib.

Böyük Britaniyanın “Financial Times” qəzeti Avropa dövlətləri arasındakı bu ixtilaflara diqqət çəkib.

“Putinə qarşı müqavimətlə bağlı Avropadakı konsensus təhlükə altındadır”, - qəzet başlıqda ümumi mənzərini belə təsvir edib.

Qəzet, Birlik içərisində növbəti parçalanmanın Fransanın sağ mərkəzçi qüvvələrinin prezidentliyə namizədi Fransua Fiyonun seçkilərdə qalib gəlməsindən sonra daha da dərinləşəcəyini qeyd edir.

“Fiyonun Rusiya ilə isti münasibətləri və Moskva ilə əməkdaşlıqda maraqlı olması Avropa Birliyi dövlətləri arasında Ukraynaya siyasi dəstəkdən tutmuş Hələbə humanitar yardım göstərilməsinə qədər bütün məsələlərdə çətinliklər fonunda daha çox özünü büruzə verib”, - məqalədə bildirilir.

Qəzetin yazdığına əsasən, artıq bir sıra dövlətlər, o cümlədən İtaliya, Macarıtan, Slovakiya və Yunanıstan sanksiyalardan yorulduqları barədə şikayətlərini açıq səkildə dilə gətirirlər. Əgər Fiyon 2017-ci ildə Fransua Ollandı əvəz etsə onların mövqeləri daha da güclənəcək.
Fiyon özü isə Putinlə yaxın münasibəltərdə olduğunu nə təsdiq, nə də inkar edir.

“Mənim onunla heç bir şəxsi münasibətim yoxdur. Mən sadəcə Rusiyaya böyük hömət bəsləyirəm”, - Fiyon Fransanın Le Figaro qəzetinin müxbiri Jan-Jak Mevelə verdiyi müsahibədə qeyd edib.

“Rusiya rəhbəri Vladimir, Boris və ya İqor, necə adlanırsa, adlansın, ərazisinə görə dünyanın ən böyük dövlətinin başçısıdır. Avropa isə emosiyalar altında hərəkət etmək əvəzinə, Rusiya ilə münasibətlərinin uzunmüddətli strategiyasını qurmağı bacarmalıdır” - Fiyon qeyd edib.

Eks-baş nazir Suriya xalqının 5 il əzab çəkməsindən sonra Qərb diplomatiyasının, əsasən də Avropa xarici siyasətinin iflasa uğradığını bəyan edib.

Lakin qəzetin müşahidəsinə əsaəsn Rusiyanın Hələbdə törətdiyi vəhşiliklərdən sonra Fransua
Fiyon Putinlə daha məsafəli davranmağa çalışır.
Almaniyada da vəziyyət fərqli deyil.

Alman qəzetləri, əsasən də sol təmayüllü mətbuat orqanları Avropa diplomatiyasının çarəsiz qaldığını vurğulayır.

“Die Zeit” qəzeti Rusiyaya qarşı bundan sonra tətbiq ediləcək sanksiyalarla Avropanın öz çarəsizliyini maskalamaq istədiyini yazıb.

“Qərb səhvə yol verdi və proqnozlarında yanıldı. Rusiyanın və İranın dəstəyi ilə Əsəd rejimi nəinki yıxılmadı, hətta qəti qələbələr qazanmağı bacardı” - məqalədə qeyd edilir.

Almaniyanın Sosial-Demokrat partiyasınıdan parlament üzvü Nils Annen də Hələb ətrafındakı situasiyanı “Dünya Birliyinin ən dəhşətli iflası” adlandırıb. Deputat Rusiyaya qarşı daha cəsarətli mövqe tutub: onun fikrincə, Rusiya Suriyadakı hərkətləri ilə əlaqədar keçmiş Yuqoslaviya ilə bağlı qurulan beynəlxalq tribunalda məsuliyyətə cəlb edilməlidir.

The Wall Street Journal isə Avropa Birliynin xarici siyasət üzrə komissarı Federika Mogerini ilə son gəlişmələrlə bağlı müsahibə götürüb.

Mogerini Rusiyanın həm Suriyada, həmdə Ukraynada törətdiyi əməllərə görə məsuliyyət daşıdığını söyləyərək Moskvaya qarşı sanskiyaların qüvvədə qalacağını bildirib.

Federika Mogerini ABŞ-ın yeni rəhbərliyinin Rusiyaya qarşı münasibətini dəyişdirməsi ilə bağlı məsələyə birbaşa münasibət bildirməkdən qaçıb. Lakin o, Rusiyanın Ukraynadakı hərəkətlərinə qarşı sanksiyaların davam edəcəyini və Avropa Birliyinin Krımın işğalı ilə heç vaxt barşımayacağını vurğulayıb”.

Qəzetin digər yazarı Stiven Fidler isə Rusiyanın bərbad iqtisadiyyata, texniki geriliyinə, ağır demoqrafik vəziyyətinə rəğmən Qərblə hələ də dirəşə bildiyinə diqqət çəkib.

Müəllif burada Qərb dövlətləri arasında ziddiyyətlərin və fikir ayrılıqlarının böyük rol oynadığını bildirib.

“Putin Qərbə qarşı əsl dzü-do fəndi işlədir. O, rəqibinin tarazlığını itirdiyi anda dərhal onun üzərinə atılaraq üstünlüyə nail ola bilir”, - Fidler qeyd edir.

Eurasiya Group analitik şirkətin rəhbəri, geopolitika üzrə ekspert Yan Brenner isə Trampın tezliklə Moskvaya qarşı sanksiyaları ləğv edəcəyini bildirib.

O, bunu İsveçrənin Tagesanzeiger qəzetinə verdiyi müsahibədə söyləyib.

Brenner Trampın bu qərarından ən çox Avropanın zərər edəcəyini düşünür.

Tramp isə Moskva ilə münasibətləri düzəltmək üçün öz elçilərini göndərməyə davam edir.
Xatırladaq ki, keçən həftə Rusya mətbuatı Trampın müşaviri Karter Peycin Moskvaya gəlişindən yazmışdı.

Bu dəfə isə ABŞ-ın gələcək prezidneitnni adından keçmiş konqresmen Cek Kinqston təşrif buyurub.

Cek Kinqstonun səfəri isə Squire Patton Boggs lobbiçi qrup tərəfindən təşkil edilib. Həmin qrupun partnyorlaırndan biri də ABŞ-ın keçmiş senatoru, Rusiya ilə sıx əlaqələri olan Trent Lottdur.

Qrup Krıma görə sanksiyaların altına düşən “Qazprombank”ın da maraqlarını təmsil edir.
Blomberqin məlumatına görə buna görə şirkət “Qazprombank”dan 450 min dollar pul alır.
Qrupun digər müştərisi isə Amerikanın neft-qaz nəhəngi Exxon Mobile şirkətidir.

Xatırladaq ki, Trampın dövlət katibi olaraq təyin etdiyi Reks Tillerson da Exxon Mobile şirkətinin keçmiş prezidentidir.

Vaqif Hüseyn, Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar