Ermənilər İsrailin qabağına Fransanı çıxarır: AZƏRBAYCANA QARŞI YENİ PLAN

17-12-2016, 19:31   


İsrailin baş naziri Binyamin Netanyahunun Azərbaycana səfəri Ermənistanı hərəkətə gətirib. Səfər çərçivəsində Azərbaycanla İsrail arasında təhlükəsizlik sahəsində birgə əməkdaşlığa dair müqavilənin imzalandığını iddia edən Ermənistan yetkililəri, Azərbaycanın öz təhlükəsizliyini yəhudi dövlətinə həvalə etdiyini də bildirirlər.

İsrailin kəşfiyyat xidməti MOSSAD-ın rəhbəri Yosi Koenin bir neçə gün əvvəl Azəbaycanla qarşılıqlı əməkdaşlığa dair imzalanacaq müqavilənin yekun bəyannamənin yaxın günlərdə açıqlanacağı iddiasına istinad edən Ermənistan KİV-ləri yazılar ki, İsrail - Azərbaycan ittifaqına qarşı Ermənistan rəhbərliyi adekvat addım atmağa hazırlaşır. Mənbələrə görə, Sarkisyan administrasiyası Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın maraqlarını müdafiə edən İsrail qarşısına Fransanı çıxarmaq barədə müzakirələrə başlayıb. Ermənistanın diplomatik mənbələrindən KİV-lərə sızdırılan məlumatlara görə, prezident Serj Sarkisyanın xüsusi xidmət orqanları və kəşfiyyat idarəsinin yetkililəri ilə keçirdiyi təcili toplantıda məsələ müzakirə olunub və qəbul edilib. Mənbələr rəsmi İrəvanın artıq bu barədə olan təklifi Fransaya çatdırdığı da bildirilir. Qarşı tərəfdən hansı cavabın verilməsi məlum olmasa da yaxın vaxtlarda Serj Sarkisyanın bu məqsədlə Fransaya gedəcəyi bildirilib.

“Cənubi Qafqazın İsraili”

Ermənistan KİV-ləri həmçinin o iddianı gündəmə gətiriblər ki, Netanyahunun səfərində Ermənistanın uzaqmənzilli “İsgəndər M” raketlərini məhv edəcək “Dəmir Gümbəz” raket hücumlarından müdafiə sistemlərinin də Azərbaycana verilməsi barədə yekun anlaşma əldə olunub. Yaxın vaxtlarda anlaşmaya uyğun olaraq, sistemlərin Azərbaycana gətiriləcəyi diqqətə çatdırılıb. “Azərbaycan Cənubi Qafqazın İsrailinə çevrilir” başlıqlı materiallarda o məsələ də gündəmə gətirilir ki, İsrailin möhkəmləndiyi regionda Fransa heç bir halda Ermənistanın təkliflərinə müsbət cavab verməyəcək. Mənbələr bunu Fransanın Parlament və hakimiyyət sistemində güclü yəhudi lobbisi və yəhudilərin təmsil olunduqlarıyla izah edirlər.

“Azərbaycan dünyanı qazandı, Ermənistan isə itirdi”

Erməni mənbələr iddia edirlər ki, Ermənistan İsraildən alacağı dəstəyi birdəfəlik itirdi: “Nəzərə alsaq ki, Türkyə və bu ölkə arasında isinən münasibətlər var və bu o deməkdir ki, yəhudi Knesseti “erməni soyqırımı” məsələsini gündəmə gətirməkdən birdəfəlik imtina edəcək. Digər məsələ isə Rusiya ilə bağlıdır. İsrail açıq olmasa da Suriyada Rusiyaya gizli dəstək verir. Rusiyanın bu ölkədə həyata keçirdiyi hərbi əməliyyatlara Təl-Əvivdən böyük dəstək var. Rusların Suriyada irəlilədiyi xəttin yəhudi ideoloqların çəkdiyi də istisna deyil.

Təkcə o fakt kifayətdir ki, Rusiya İŞİD-ə qarşı hərbi əməliyyatlarını gücləndirib bu təşkilatı bitirməyə yaxın olan vaxt baş nazir Binyamin Netanyahu Soçiyə getdi və burada prezident Vladimir Putinlə görüşdü. Görüşdən sonra Rusiya əməliyyatları dayandırdı, bir sıra mövqelərindən geri çəkilməklə tutduğu bölgələrdə möhkəmləndi. Bu, müəyyən regional məsələlərdə, məsələn Suriya və Dağlıq Qarabağ münaqişələrində Rusiyanın İsraillə hesablaşmasının göstəricisidir”.

“Tramp ailəsi...”

Mənbələr qeyd edirlər ki, İsrail Cənubi Qafqazda möhkəmlənmək qərarı veribsə, bu o deməkdir ki, Rusiya buna qarşı çıxmayacaq: “Düzdür, İsrail Rusiyadan Dağlıq Qarabağı Azərbaycana qaytarmağı tələb etməyəcək, amma regionda manevr imkanlarını məhdudlaşdıracaq.

Binyamin Netanyahunun Azərbaycan səfərinə rəsmi Moskva və buna yaxın KİV-lərdə etirazın olmaması, hansısa formada narazılığın dilə gətirilməməsi də bunun göstəricisidir. Rusiyanın dəstəyindən məhrum olan Sarkisyan administrasiyası “ikinci qardaş” hesab etdiyi Fransaya üz tutub. Lakin bu da ağıllı gediş deyil. Çünki Fransa da Rusiya qədər xarici siyasət xəttində yəhudilərdən asılılıqları var.

Nəzərə alsaq ki, ABŞ-ın yeni prezidenti Donald Tramp, ümumiyyətlə, Tramp ailəsi əldə etdikləri inanılmaz sərvəti və siyasi nüfuzlarını yəhudilərdən aldıqları güc hesabına qazanıblar, demək ki, ABŞ da Trampın hakimiyyətin dönəmində Azərbaycana qarşı loyal münasibət sərgiləyəcək. Yəni, Azərbaycan İsraili qazanmaqla dünyanı qazandı, Ermənistan isə dünyanın dəstəyindən məhrum oldu”.

Mənsur Rəğbətoğlu

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar