Bu gün Amerikada prezident seçkilərinin son günüdür. 19 dekabrda Seçicilər Kollegiyasınınn formal səsverməsi keçiriləcək. 538 nəfər növbəti 4 il üçün ölkəyə kimin rəhbərlik edəcəyini müəyyənləşdirəcək. İndi dünyanı maraqlandıran məsələ onların Trampı dəstəkləyib-dəstəkləməyəcəyidir.
Amerikadakı budəfəki səsvermə sürprizlər də vəd edə bilər.
Məlumdur ki, Seçicilər Kollegiyası Ağ evə gedən yolda ən sonuncu formal instansiyadır. 538 siyasətçi xalqın rəyini dəstəkləməlidir. Ancaq bu dəfə onlardan bəzisi yoldan “çıxıb”. Trampa ünvanlanan “Bizim səsimizə ümid etmə” mesajını veriblər.
Prezident seçilmək üçün minimum 270 səs lazımdır. 8 noyabrda keçirilən seçkilərdə Donald Tramp lazım olandan da artıq səs alıb, onu 306 nəfər dəstəkləyib. Amma əgər 37 nəfər öz səsini dəyişdirmək qərarına gəlsə, o zaman səsvermənin gedişi dəyişə bilər və məsələ Konqresin Aşağı Palatasında müzakirəyə çıxarılar.
ABŞ tarixində Seçicilər Kollegiyasının üzvlərinin səslərini seçilməyən prezidentə verməsi kimi hadisə olmayıb.
“Klinton 270 səs almalı idi, ancaq o, bu səsləri ala bilmədi” deyə seçkinin nəticəsini şərh edən siyasətçilər bildirir.
ABŞ-ın bütün tarixi boyunca Seçicilər Kollegiyasının ancaq 157 üzvü öz rəyini hansısa formada dəyişib. 29 ştatda seçicilər xalqın iradəsinə tabe olmalıdır. Əks təqdirdə min dollar cərimə ediləcəklər. Ancaq ən pis cəza ödəniləcək cərimə deyil, etimadın itirilməsidir ki, Kollegiya üzvləri arasında bununla razılaşanlar az-az tapılır. Kolorado Məhkəməsi Seçicilər Kollegiyasının bu ştatdan olan üzvlərinin səslərini mütləq Hillari Klintona verməli olduğu barədə qərar çıxarıb. Konstitusiya isə seçicilərin səslərini kimə verməsinə dair məhdudiyyət tətbiq etmir. 35 yaşdan yuxarı istənilən ABŞ vətəndaşı ştatda 14 il yaşayıbsa, səsverməyə qatılır. Vəziyyəti dəyişmək üçün seçicilər bir-biri ilə görüşməli və razılığa gəlməlidirlər. Bu isə mümkün deyil, çünki onlar şəxsən görüşmür və səslərini poçtla göndərirlər.
1969-cu ildə prezident və vitse-prezidentin birbaşa seçilməsi barədə təkliflər müzakirəyə çıxarıldı. İndi də demokratlar bu fikri gündəmə gətirməyə cəhd edir.
Ancaq o da məlumdiur ki, ABŞ-ın 45-ci prezidentinin adı ictimaiyyətə rəsmən ancaq 20 yanvarda- andiçmə günü elan ediləcək.
Xəzər
Cebhe.info