Rusiya prezidenti Vladimr Putin bu ölkənin Türkiyədəki səfiri Andrey Karlov öldürülərkən harda olub? Bu detal Financial Times’ın Moskva müxbiri Maks Seddon’un diqqətini çəkib və o bununla bağlı tvitter hesabında qeyd paylaşıb. Onun qeydi böyük maraqla qarşılanıb, yüzlərlə dəfə təkrar paylaşılıb.
Maks Seddon yazıb ki, Ankaradakı səfiri öldürülərkən Putin Moskvada bir teatr tamaşasına baxmağa getmişdi. Tamaşa qoyulan əsərin müəllifi isə 19-cu əsrin əvvəlində Rusiyanın İranda səfiri olmuş Aleksandr Qriboyedov’dur. Maraqlı isə burasıdır ki, Qriboyedov da Rusiyanının öldürülmüş səfirlərindəndir. 1829-cu ildə bir diplomatik skandal səbəbindən səfirliyə hücum etmiş radikal dəstə onu qətlə yetirmişdi. Rusiya mənbələri həmin basqının arxasında İngilis kəşfiyyatının durduğunu iddia edirdi.
Maks Seddon’un bu ilginc təsaddüfə diqqət çəkməsini “Ankaradakı sui-qəsd Putin və ya İrana mesajdırmı?” sualı ilə qarşılayanlar da var.
Bu təsadüf həm də o aspektdən maraq doğurur ki, bu gün Türkiyə, Rusya və İranın xarici işlər nazirləri Moskvada Suriya böhranını müzakirə etmək üçün bir araya gələcək.
azadliq.info