2017-ci ildə bizi nə gözləyir? - 17 ədədinin Qurandakı sirləri

20-12-2016, 15:12   
2017-ci ildə bizi nə gözləyir? - 17 ədədinin Qurandakı sirləri
Artıq elm və Peyğəmbərlik rəmzi sayılan 21-ci əsrin 17-ci ilinin astanasındayıq

Bu ərəfədə çoxlarını düşündürür ki, görəsən növbəti il necə keçəcək? Uğurlumu, uğursuzmu olacaq? Oxucu marağını nəzərə alıb növbəti ilin astronomik hadisələrinin elmi-lədun təhlilini və bunun Yerə, ümumilikdə cəmiyyətə göstərə biləcəyi təsiri moderator.az-ın oxucularına təqdim edirik.

Öncə qeyd edək ki, elm əsri olan XXI əsr başlayandan əsrin hər ili “Quran”ın müvafiq surəsinə uyğun davam etməkdədir. Surələrin həm mətnindəki, həm də nömrəsindəki hikmətlər yaşadığımız illərdə özünü büruzə verməkdədir. Bu mənada 17-ci il də öz hikmətləri ilə artıq qarşımızda dayanıb. Gəlin bu ədədin hikmətlərinə və bu ildə baş verəcək astronomik hadisələrə birlikdə nəzər salaq.

“Quran”ın 17-ci surəsi “Gecə vaxtı seyr” adlanır və Fəxri-Kainat Peyğəmbərimizin meerac xəbəri ilə başlayır (yeri gəlmişkən, surənin tərcüməsini oxumağı oxuculara tövsiyyə edirəm). Surə 111 ayədən ibarətdir. Bunu nəzərə alıb, surənin nömrəsi ilə ayələrinin cəmini toplasaq “Bal arısı” surəsinin kodu (128) alınır:

17 + 111 = 128

Alınan 128 ədədi “Bal arısı” (16) surəsnin ayələrinin cəmi olduğundan diqqətimizi 16-cı surəyə və onun hikmətlərinə yönəldir. Burada diqqət çəkən digər məqam ondan ibarətdir ki, 111 ədədi “Quran”da 16 dəfə keçir (müqəddəs kitabın cəmi on altı surəsində 111-ci ayə var. Qalan surələrdə ayələrin sayı 111-dən azdır).
. Göründüyü kimi, 17-ci surəni hansı tərəfindən hesablasaq hər dəfə 16-cı surənin üzərinə çıxırıq. Bu onu göstərir ki, növbəti ildə də biz “Bal arısı” surəsindəki hikmətləri yaşayacağıq.

Elmi-lədun araşdırmalarımız göstərir ki, surələrin nömrələnməsində bir qanunauyğunluq vardır. Bu mənada «Bal arısı» surəsinin 16 ədədi ilə nömrələnməsi təsadüfü deyildir. Belə ki, ana arı öz balasını 16 gün südlə bəslədiyindən, onun haqqında olan surə də 16 rəqəmi ilə nömrələnib.
Sözü gedən surədə arının misalında insanlara məhəbbət aşılanır. Bal – arının gülə olan məhəbbətinin nəticəsində yarandığı üçün, həm Qərbdə, həm də Şərqdə məhəbbət rəmzi sayılır.

Məhəbbət yandırıcı hiss olduğundan, bu söz «yanmaq», «alovlanmaq» sözü ilə yanaşı işlədi-lir. Bu hikmət kimya elmində də özünü eyni rəqəmlər altında büruzə verir. Belə ki, Mendele-yev cədvəlinin 16-cı elementi olan Kükürd məişətimizə yandırıcı bir vasitə kimi daxil olub.

Həmçinin, məhəbbət insana yaşamaq həvəsi, enerji (ruh) verdiyi kimi, Kükürdün oksidləşməsindən yaranan Sulfat turşusu da (H2SO4) akkumulyator istehsalında istifadə edilməklə, məişətimizə enerji mənbəyi kimi daxil olub.

Məhəbbətdə iki tərəf iştirak edir və biri olmadan o biri “yanmır”.
Bu hal kimya elmində də özünü eyniylə büruzə verir. Belə ki, dövrü cədvəldə 16-cı element olan Kükürd, atom kütləsi 16 (!) olan Oksigensiz yanmır!
Başqa sözlə desək “16” tək yanmır; onun həm hərfi, həm də məcazi mənada yanması üçün ikinci “16” lazımdır. İnsan cəmiyyətində “yanma”nı əks cinsdən olan tərəf müqabili təmin edir (necə ki, Oksigen Kükürdü yandırır).

Ən maraqlısı da odur ki, Kükürdlə Oksigenin birləşməsində Kükürdün energetik səviyyələr üzrə elektronları 2 – 8 – 6 formasında yerləşir. Bunu da bütöv oxuduqda görürük ki, “Quran”ın səhifələrinin sayına (286) işarədir (“Quran” nazil olandan ta XVIII əsrə qədər harada və nə vaxt çap olunmasından asılı olmayaraq 286 səhfədə yerləşdirilib; bu barədə əvvəlki yazılarımızda izah vermişik). Qeyd edim ki, 286 ədədinin əbcəd hesabı ilə cəmi (2 + 8 + 6) 16-ya bərabərdir ki, bu da “Quran”ın insanlara məhəbbət aşıladığını bir daha sübut edir.

“Siz biri-birinizi sevin ki, Mən də sizi sevim” (Allah-təala)

Elmi-lədun araşdırmalarımız sübut edir ki, insan ana bətnində 286 (!) günə yaranır. Belə ki, genekologiya elminə aid kitablarda qeyd olunur ki, cütlüklər görüşəndən 6 gün sonra toxum ana bətninə düşür. Həmin kitabın başqa bir fəslində isə, qeyd olunur ki, toxum ana bətninə düşəndən 280 gün sonra normal uşaq dünyaya gəlir. Bunu nəzərə alıb, sadə bir hesablama aparaq:

6 gün + 280 gün = 286 gün.

Buradan aydın olur ki, insan ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır.

“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” “Quran”, 30:21.

16 ədədində olan başqa hikmətlərə nəzər salaq: Oksigenin sıra nömrəsini (8) Kükürdün sıra nömrəsinə (16-ya) vurduqda alınan 128 ədədi «Bal arısı» surəsinin ayələrinin cəmini göstərir və elementlərlə surələr arasında olan əlaqəni bir daha təsdiq edir:

8 x 16 = 128

(Yuxarıdakı hesablamanı bir daha xatırladaq: 17 + 111 = 128)

Diqqətinizi bal arısında olan digər xüsusiyyətin insanlarda özünü necə büruzə verməsinə cəlb etmək istəyirəm. Yuxarıda qeyd etdim ki, bal arısı gözəllik rəmzi olan gülə məhəbbət bəsləyir və ancaq onlarla təmasda olur. Xatırladım ki, təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır. Arının gülə olan məhəbbətinin nəticəsində bal yarandığı kimi, insanın da (kişinin) qadına olan məhəbbətinin nəticəsində bal-a yaranır və hər ikisi şirindir. Çünkü, ikisi də məhəbbətdən yaranr. «Bala baldan şirindir» məsəli də məhz bu hikmətdən doğur.

Allah bal arısını həm də ailə, dövlət və ordu qurmaq üçün insanlara nümunə yaratmışdır. Çünki, bal arısı ailəsi öz zəhmətkeşliyi, çalışqanlığı, ciddi nizam-intizamı, təmizkarlığı və faydalılığı ilə bütün canlılardan üstündür. Məhz buna görə də Allahın məhəbbətini qazanaraq adına surə nazil olmuşdur. Buradan aydın olur ki, həmin keyfiyyətləri özündə cəmləşdirən istənilən insan həm yaşadığı cəmiyyətin, həm də Allahın məhəbbətini qazana bilər.

Yeri gəlmişkən qeyd edək ki, Allahın məhəbbətini qazanmağın yollarından biri də elmdir. Bu yolda çalışan insan (tələbə) hər kitabdan bir qədər elm (şirə) toplayır və nəticədə onun da əməyi "bal"la qiymətləndirilir.

Bura qədərki təhlillərimiz onu deməyə əsas verir ki, astanasında dayandığımız 17-ci il gözəl əxlaqı və gözəl əməlləriylə Allahın məhəbbətini qazanmış insanlar üçün çox uğurlu olacaq. Biri-birlərini səmimi hisslərlə sevən cütlüklərin qovuşmasına imkan yaranacaq.

Bəs görək gələn ilin astronomik hadisələri bizə hansı xəbərləri verir? (moderator.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar