Moderator.az xəbər verir ki, alimlər dünyadan 300 işıq ili uzaq məsafədə Günəşə çox bənzəyən və ətrafındakı planetləri "yeyən" qatil ulduz kəşf ediliblər.
"Astronomy and Astrophysics" jurnalında dərc olunan məqalədə Günəşə "əkiz qardaşı qədər" bənzəyən və 6 milyard yaşı olduğu güman edilən HIP 68468 adlı ulduzun ətrafındakı planetləri özünə çəkərək udduğu iddia olunub.
Kəşf edilən HIP 68468 ulduzunun orbitindəki planetləri yeməsi alimlərin planet sistemlərinin formalaşması haqqında anlayışlarını dərinləşdiribə. Çilidəki La Silla Rəsədxanasında yerləşən 3,6 metrlik teleskopdan istifadə edən tədqiqatçılar HIP 68468 ulduzunun orbitində biri Neptundan 50 faiz, digəri isə dünyadan 3 qat daha böyük iki planet də aşkar ediblər. Tədqiqatçılar dünyadan 3 dəfə böyük planetin ətrafında fırlandığı HIP 68468 ulduzuna çox yaxın məsafədə yerləşdiyini və orbitindəki dönüşünü 3 gündə başa vurduğunu müəyyənləşdirib.
Sözügedən hər iki planetin planet sisteminin xarici hissəsindən içə doğru çəkildiyinə müəyyən edən tədqiqatçılar sistemdəki digər planetlərin isə ya HIP 68468 tərəfindən çölə atıldığını, ya da uddulduğunu iddia ediblər. HIP 68468 ulduzunun istiliyə dözümlü metallarla dolu qayalıq planetləri udduğu üçün digər bir ulduzdan 4 qat daha çox litium daşıdığı qeyd edilib.