Ukrayna Təhlükəsizlik Xidmətinin istintaq idarəsinin keçmiş rəhbəri general Vasili Vovk Rusiya prezidenti Vladimir Putinin qaçırmaq üçün hazırladıqları planı açıqlayıb.
Cebhe.info xarici mətbuata istinadən bildirir ki, general planın 2015-ci ildə hazırlandığını deyib.
Bildirib ki, həmin il Ukrayna ordusu və xüsusi xidmət orqanları Putinin qaçırılması planını hazırlayıb. Prezidentin Miskdə keçirilən Normand “dördlüyü”nün iclasında qaçırılması planlaşdırılıb.
“Bizim təyyarəmiz mühərriki işlək vəziyyətdə gözləyirdi. Biz Putini 45 dəqiqəyə “götürmək” və onu qəfəsdə Kiyevə ya da birbaşa Haaqaya aparmaq iqtidarında idik” deyə general vurğulayıb. Onun sözlərinə görə, planın icrasına “böyük siyasət” mane olub. Ukrayna prezidenti Petro Poroşenko ABŞ prezidenti Barak Obama ilə birbaşa əlaqədə olub. Obama isə qətiyyətlə plana razılıq verməməsini Poroşenkodan tələb edib.
Generalın bu açıqlamasından sonra dərhal Normand dördlüyünün iclasında Vladimir Putinin Poroşenkoya gülərək baxması yada düşüb. Bir çoxları güman edir ki, Putin Ukrayna tərəfindən gərginliklə müşayət olunan həmin iclasda qaçırılması planından xəbərdar olub. Onun Poroşenkoya gülərək, Poroşenkonun isə ona acıqlı baxması kameraların yaddaşına həkk olub. İclasda P.Poroşenkonun “Putin, Krımı qatar” deyə qışqırdığı da bildirilir.
Xəzər
Cebhe.info