Astroloq Pavel Qloba 2017-ci il üçün proqnoz verib.
Cebhe.info xəbər verir ki, astroloqun sözlərinə görə, gələn ili Rusiya üçün o qədər də ümidsiz hesab etmək olmaz. Dünyada böhran, işsizlik və devalvasiyaya baxmayaraq astroloq hesab edir ki, Rusiya bu çətinliyin öhdəsindən gəlməyi bacaracaq.
Qloba hesab edir ki, gələn il Rusiyadan fərqli olaraq ABŞ nüfuzunu itirəcək. Onun sözlərinə görə, Barak Obamanın hakimiyyəti illərində Vaşinqton bu nüfuzunu itirməyə doğru gedib.
Astroloq Avropa Birliyi üçün də çətin günlər vəd edib. Onun sözlərinə görə, Avropa Birliyi gələn il heç zaman olmadığı kimi dağılmağa yaxın olacaq. İngiltərədə Brexit-dən sonra başqa ölkələrində birliyi tərk etmək çağırışlarının səsləndiyini nəzərə alaraq bu proqnozun özünü doğruldacağını gözləmək olar.
Qloba hesab edir ki, Çin və Rusiyanın əlaqələri daha yaxşı inkişaf edəcək və birlikdə onların təsir dairəsi daha çox olacaq.
Bununla yanaşı Qloba bildirib ki, Azərbaycan, Belarus, Qazaxıstan, Ermənistan və Ukraynanın böyük hissəsində Rusiyaya birləşmək arzusu özünü göstərəcək.
Ekspertlər burada söhbətin Rusiyaya birləşməkdən yox, Avrasiya İttifaqına qoşulmaqdan getdiyini bildirir.
Xəzər
Cebhe.info