ABŞ Rusiyanın qarşısına keçəcək: SİQNAL VERİLDİ

23-12-2016, 20:23   


Rafiq İsmayıl: “Tramp Respublikaçıların kursunu davam etdirəcək”

ABŞ-ın keçmiş quru qoşunları komandanı, “torba generalı” kimi tanınan Raymond Odierno öz çıxışı ilə diqqəti üzərinə çəkib. General “Əgər düz danışmaq lazımdrsa, gərək etiraf edək. Orta Şərqdə liderliyi Rusiya əlimizdən aldı. Bölgədə liderliyimizi təkrar göstərməyin zamanı gəlib”,- deyib.

Fox News kanalına Almaniyadakı hücum və Rusiya səfirinin öldürülməsini şərh edən general prezident Barak Obamanın “arxadan liderlik” strategiyasının terrorla mübarizədə ölkəni passiv hala gətirdiyini söyləyib. R.Odiernonun fikrincə, ABŞ artıq Orta Şərqdə liderliyi Rusiyaya təhvil verib: “Biz indiki rəhbərlik altında arxadan liderlik etməyi seçdik. İndi öndən liderlik etməyin zamanı çatıb. Öz siyasətimizdə, xalqları bir araya gətirməkdə və hökumətimizin bacarığını sərgiləməkdə aqressiv olmağın zamanıdır”.

General Donald Trampın prezidentliyi dönəmində general Ceyms Mattis və digərlərinin ABŞ-ın Orta Şərq siyasətini daha aktiv duruma gətirəcəyinə ümid etdiyini vurğulayıb. Vaşinqtondan gələn bu sərt mesaj Respublikaçıların hakimiyyəti dövründə ABŞ-ın Yaxın və Orta Şərqdə hərbi-siyasi fəallığının artacağına dair ciddi işarə kimi başa düşülə bilər.



Məsələni şərh edən şərqşünas alim Rafiq İsmayılın fikrincə, baş verən proseslərdə ABŞ-ın fəallığı Barak Obamanın prezident seçilməsindən sonra aşağı düşüb. Barak Obama dövründə adıçəkilən regionda ən böyük hadisə kimi Suriya böhranı yadda qalıb: “İŞİD-in meydana gəlməsindən sonra baş verən poseslərdə ABŞ-ın Yaxın və Orta Şərqdə iştirakı arxa plana keçib. Rusiya isə burada itirdiyi mövqelərini bərpa etmək üçün aktivləşib. Bu gün Suriya ərazisində hərbi qüvvələr nisbəti Rusiyanın xeyrinədir. Eyni zamanda, İŞİD-lə mübarizədə də Rusiya aparıcı yer tutur. İkincisi, biz İranın fəallaşmasının şahidi oluruq. İran da bu bölgədə iddiasını ortaya qoyur. İranın silahlı qüvvələri və İran tərəfindən hərbi təlimlər keçilmiş İraqın şiə dəstələri Suriyada döyüşürlər. ABŞ isə bu prosesləri kənardan izləyir. Amma bu ABŞ-ın Yaxın Şərqdə təsir vasitələrini itirməsi anlamına gəlmir. Əksinə, Birləşmiş Ştatlar prosesləri arxadan öz planına uyğun şəkildə idarə etməyə çalışır və buna nail olur. Rusiyanın rolu yalnız zahiri, gözəçarpan xarakter daşıyır. Türkiyə də münaqiçşənin sərhəddə çatmasından sonra fəallaşıb. Artıq Türkiyə silahlı qüvvələri sərhəddindən 90 kilometr məsafədə ərazini İŞİD və kürd terrorçularından təmizləyə bilib”.

Rafiq İsmayıl onu da bildirdi ki, Demokratlar Partiyasının hakimiyyəti illərində ölkədaxili problemlərin həlli Obama administrasiyası üçün başlıca prioritet olub. Ölkənin bank və səhiyyə sisteminin inkişaf etdirilməsi Amerikanın daxili siyasətində əsas yer tutub. Bundan fərqli olaraq, Respublikaçılar xarici siyasət məsələlərinə üstünlük verirlər. Bu baxımdan, Donald Trampın həmin siyasi kursu davam etrəcəyi gözlənillr.

Müşfiq Abdulla

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar