Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Serj Sarksiyanın Qarabağla bağlı planlarını açıb.
Cebhe.info Ermənistan mətbuatına istinadən bildirir ki, Ter-Petrosyan partiyasının qurultayındakı çıxışı il bağlı yaranan suallara cavab olaraq bildirib ki, danışıqlar masasında olan konkret proqramla bağlı fikrilərini ifadə edib:
“İlk mərhələdə Azərbaycana 5 rayon qaytarılacaq. Kəlbəcər və Laçın istisna olmaqla. İkinci mərhələdə qoşunların təmas xəttində sülhməramlılar yerləşdiriləcək. Üçüncü mərhələdə Dağlıq Qarabağın statusunun tanınması məsələsinə baxılacaq. 4-cü mərhələdə Qarabağ və Ermənistanın blokadası aradan qaldırılacaq, Azərbaycan, Qarabağ, Ermənistan və güman ki, Türkiyə arasında münasibətlər yaranacaq. Beşinci mərhələdə Qarabağın son statusuna baxılacaq. 6-cı mərhələdə Laçın dəhlizi istisna olmaqla Azərbaycana qalan 2 rayon qaytarılacaq”.
Ter-Petrosyanın sözlərinə görə, 2007-ci ildən etibarən Ermənistan bu planla bağlı danışıqlar aparır. Danışıqlar tərəfi ATƏT və xüsusilə də Rusiyadır: “Belə çıxır ki, bizi tənqid edənlər əslində öz planlaırnı tənqid edirlər”.
Ter-Petrosyan Rusiyadan fərlqi olaraq Qərb üçün Qarabağ probleminin heç vaxt prioritet olmadığını deyib: “Atəşkəs həmişə, 2016-cı ildə də Rusiyanın müdaxiləsi ilə əldə edilib”.
Xəzər
Cebhe.info