Kamikadzelər necə öldürülür?- Polkovnik ƏMƏLİYYAT SİRLƏRİNİ açdı

2-01-2017, 19:11   

Son zamanlar dünyada terror hücumlarının artması həmin hadisəni törədənlərin zərərsizləşdirilməsini aktual edib. Xüsusilə İŞİD terror təşkilatına qoşularaq müxtəlif terror hücumları həyata keçirilən kamikadzelərə qarşı əməliyyatlar gündəmdədir.

Cebhe.info Rusiya mətbuatına istinadən xəbər verir ki, “Onlar özlərini şəhid adlandıranlardır. Ölüm kəmərləri belindədir. Çox yaxşı təchiz ediliblər, rabitə vasitələri var, silahları müasirdir, radiostansiyaya sahibdirlər. Onlar hətta özlərini həmin an partlatmağa hazırdırlar. Bir an kifayət edir ki, o, özünü partlatsın. Dərhal zərərsizləşdirmək lazımdır”,- deyə belə kamikadzelərdən birinə qarşı əməliyyata rəhbərlik edən Rusiya Nüdafiə Nazirliyinin polkovniki bildirib. “O, özünü partlatmağa hazır idi. Bircə güllə ilə zərərsizləşdirildi”,- deyə o vurğulayıb.

Polkovnikin sözlərinə görə, ezamiyyətə getdiyi müddətdə doğmalarla heç bir əlaqə yaradılmır. Kiminlə əlaqə yaratmaq lazımdırsa, onunla qərargahdan danışırlar. Döyüşçülər daim terrorçunun hədəfində olduğundan mobil telefon, planşet, kompüter, noutbuk hədəfi daha da yaxınlaşdırır:“Terrorçuların rəhbərləri çox zaman öz müdafiə məntəqələrində gizlənirlər. Hətta daha çox mülki əhali olan məntəqələrdə olurlar. Yerin öyrənilməsinə qısa zaman ayrılır, sayılmış saatlar. Buna bir misal. Səhra komandirlərindən biri məhv edilmişdi. Biz informasiya aldıq ki, o, öz birləşmələri arasında mühafizəsi olan avtomobildə gəzir. Gecə yola çıxdıq. 2 gecə gözlədik. Üçüncü gün o peyda oldu. Atəşlər açıldıqdan sonra mühafizəçilər öz liderlərini qoyub qaçağa çalışdılar. Snayperlər iş başına keçdi”.

Bu həmin polkovnikdir ki, 2015-ci ilin noyabrında Rusiyaya məxsus Su-24 təyyarəsinin şturmanı mayor Konstantin Muraxtini axtaran qrupa rəhbərlik edib: “Biz çox axtardıq. O, Suriya ordusu ilə silahlıların mövqeləri arasındakı sahədə idi. Silahlılar da onu axtarırdılar”. Polkovnikin sözlərinə görə, bu əməliyyatda onların yanında daim rus syanperlər olur: “Snayperlər sutkalarla müşahidə aparır. Düşmənin mövqelərini öyrənir və komandirləri xarakterik cəhətlərindən tanıyır. İstənilən komandir, istənilən bölmədə özünü xüsusi obrazda aparır. O, əlləri ilə jestlər edir, yəqin ki, hansısa tapşırıqlar verir, üstündə əlaqə vasitələri olur. Bəzən olub ki, pulemyotlar Suriya ordusuna yüksəklikləri tutmağa imkan verməyib. Belə olan halda rus snayperlər köməyə gəlib”.

Xəzər
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar