2017-ci ildə ailə qurmaq və pul qazanmağın yolları: EKSTRASENS AÇIQLADI

3-01-2017, 19:30   

İlin əvvəlində müxtəlif sahələrə dair proqnozlar verilir.

Cebhe.info xəbər verir ki, bu dəfə Rusiyanın tanınmış ekstrasensi, “Mən1010 sizin ürəyinizi görürəm” kitabının müəllifi Nikol Kuznetsova magiya vasitəsilə həyatı dəyişdirməkdən danışıb.

“Bir çoxları varlı həyat yoldaşı tapmaq istəyir. Mən çox adi bir insanla, amma sevdiyimlə evliyəm. İlk növbədə özünüz üçün aydınlaşdırmalısınız ki, necə birini istəyirsiniz. Özünüz üçün keyfiyyətləri müəyyən edin – boy, göz rəngi, yaş, peşə, şəxsi keyfiyyətlər. Ola bilər ki, bunların olduğu insan sizin qarşısınıza çıxacaq.

Unutmayın ki, əgər şahzadə istəyirsinizsə, o da bunu istəyəcək. Heç kəs olmayanda alt paltarında güzgünün qabağında dayanıb özünüzə baxıb deyin: “Mən gözələm və ən yaxşısına layiqəm”. Bunu daim təkrar edin, bu, nəticəsiz qalmır. Qadın buna inananda daxilən gözəlləşir. Qadın özündən razı olanda onun enerjisi kişilərə sanki onun mehriban, əziz, qayğıkeş olmasını “qışqırır”. Gözəl doğulma, xoşbəxt doğul. Xoşbəxt ola bilmək üçün həm də kişilərin nə istədiyini öyrənin. Yaxşı evdar olun, qalmaqal salmayın, qeybət etməyin. Kişiyə neqativ verməyin. Ona “sən bədbəxtsən, heç nə bacarmırsan” deməyin.

Ekstrasens deyib ki, insanın xeyriyyəçiliklə məşğul olması onun maddi vəziyyətinə də təsir göstərir: “Əgər insan son tikəsini də verib və daha sonra sabah yeməyə heç nəyinin olmayacağına dair narahatlıq keçirirsə, fövqəl qüvvələr onu buna görə cəzalandırar. Amma əgər az da olsa imkanınız varsa və kiçik məbləğdə yardım edirsinizsə, buna görə mükafat alacaqsınız. İlk növbədə səhhəttinizdən və qohumlarınızdan “kəsməyin”. Sevimli insanlar üçün pul xərcləmək və onları sevindirmək lazımdır. Məsələn, öz eviniz və qoca ananızın evində təmirə ehtiyac var. İlk növbədə ananızın evini təmir etdirin və onu sevindirin. Yaxid istirahətdən kəsdiyiniz pulu müalicəyə ehtiyacı olan atanıza verin. Sizi böyüdənlərə xərclədiyiniz pul heç vaxt itməyəcək, o, sizə qayıdacaq”.


Xəzər
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar