Niyə məhz rus diplomatlar öldürülür? - POLİTOLOQDAN CAVAB

10-01-2017, 17:42   


Ötən ilin son günlərində ardıcıl olaraq Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov və Rusiya Xarici İşlər Nazirliyi rəsmisi Pyotr Polskovun ölümü bir sualı ortaya atıb. Niyə məhz rus diplomatlar?



Cebhe.info xəbər veirr ki, günlərdir müzakirə edilən bu suala cavabında politoloq Elxan Şahinoğlu rus diplomatların öldürülməsinin Rusiyanın Suriyadakı aktiv mövqeyi ilə əlaqədar ola biləcəyini isitsna etməyib: “Bu gün Rusiya Suriya ərazisində əməliyyatlarını davam etdirməsi terrorçuları digər rus səfirlərinə qarşı planlar ortaya qoymasına səbəb ola bilər. Bu səbəbdən Rusiya nəinki səfir, o cümlədən də vətəndaşlarının da xarici ölkələrdə təhlükəsizliyi haqda düşünməyə məcburdur”.

Rusiyanın Qərblə münasibətlərində gərginlik yaşandığını deyən politoloq Rusiyanın təhlükəsizlik tədbirlərini önləyə bilmədiyini deyib.

Politoloq hesab edib ki, rusiyalı səfirin Türkiyədə qətlə yetirilməsində məqsəd isə iki ölkə arasında münasibətlərin gərginləşdirilməsinə yönəlib:

“Rusiyalı səfir, diplomatın öldürülməsində məqsəd yəqin ki, münasibətləri pozmaq məqsədi daşıyıb. Öncə rusiyalı səfir Andrey Karlov öldürüldü, düşünülmüş planda məqsəd yenicə barışıq mövqeyi sərgiləyən tərəflər arasında gərginlik yaratmaq idi”.

Politoloq hesab edir ki, indiki zamanda Suriya məsələsinin həllində həm Türkiyənin, həm də Rusiyanın bir-birinə ehtiyacı var: “Qazaxıstanın paytaxtı Astanada Rusiya-Türkiyə tərəfinin iştirakı ilə Suriya məsələsinin həllinə dair ciddi danışıqlar gözlənilir. Münaqişənin həllində tərəflərin bir-birinə ehtiyacı var. Hazırda hər iki dövlət qərblə münasibətlərdə gərginlik yaşayır. Baş verən qətlin arxasında dayanan sui-qəsdçi təşkilatlar güman edirdilər ki, səfirin ölümü ilə Rusiya-Türkiyə arasında münasibət gərginləşəcək. Lakin onların gözləntiləri baş tutmadı, əksinə tərəflər münasibətlərini davam etdirdilər. Rusiya-Türkiyə yaxınlaşması daha da sürətləndi. Türkiyə buna cavab olaraq, hörmət əlaməti kimi sərgi salonunun yerləşdiyi küçəyə səfirin adını verdi”.

Nigar Məhərrəm
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar