Son günlər ölkə mətbuatı deputat Fazil Mustafaya o qədər geniş meydan verib ki, onu təsəvvür etmək belə müşkül məsələdir. Dosye.org saytında yayımlanan “Fazil Mustafa niyyətin nədir?” başlıqlı məqalə qarşı tərəfi elə qıcıqlandırıb ki, təhqir etməkdən belə çəkinməyib. Məsələnin mahiyyəti nədən ibarətdir?
Əvvəla dosye.org saytında öz imzamla yayımlanan məqalədə heç bir təhqir olmadan, şərəf və ləyaqəti alçaldılmadan deputatın açıqlamasına münasibət bildirmişəm. Xatırlatmaq üçün bildirim ki, Fazil Mustafa özünün şəxsi facebook şəhifəsində İran dövləti haqqında fikirlər səsləndirərək, ölkə vətəndaşlarını narkoman adlandırdı və "musavat.com" saytına müsahibə verərkən adımı hallandırmamaq şərti ilə məni təhqir etdi. Hətda vurğuladı ki, İran dövləti ölkə şiələrini narkotiklə himayə edir. Təbii ki, bu cür gülünc açıqlamaya münasibət bildirməmək ən azından sadəlöhvlük olardı. Üzərimə düşən səlahiyyətdən istifadə edərək bildirmişəm ki, Fazil Mustafa ölkədə və dünyada gedən prosesləri nəzərə almadan riskli məsələləri qabardır. Məlum məsələdir ki, İran dövləti torpağlarımızın işğaldan azad edilməsi üçün heç bir müsbət addımlar atmır. Əksinə, düşmən Ermənistanla sıx əlaqələr qurur və ölkəmizin maraqlarına qarşı çıxır. Bu o demək deyil ki, siyasi məsələlər dinlə əlaqələnsin və ölkədə xaos yaradsın. Dəfələrlə din mövzüsü haqqında alimlərimiz, din xadimlərimiz fikirlərini açıq deməklə, təkliflərini irəli sürüb. Lakin heç bir dini təriqələrin arasında ayrıseçkilik olmayıb. Çünki, din pərdəsi altında maskalanan şəxslər bundan istifadə etməyə çalışacaqlar.
Məni amaraqlandıran deputatın haqqımda səsləndirdiyi ifadələrdir. Fazil Mustafa müsahibəsində deyir:
Əgər onlar buradakı şiə əhalisinin marağını düşünsəydilər, İrandan buraxılan narkotikin qabağını alardılar. Siz bilirsinizmi, kütləvi şəkildə pulsuz bu əhaliyə nə qədər narkotik paylanır. Nə qədər insanı sıradan çıxarırlar. Öz ölkəmizin maraqlarını qoruyaraq bu fikirləri deyirəm. Əks halda, kiminsə inancından mənə nə? İŞİD-i məndən çox tənqid, ifşa edən varmı? Bunları hamısı bəhanədir. Dosye.org saytı əleyhimə yazı yazır, amma Ruhaninin Ermənistan səfərinə bir dəfə də olsun toxunmur. Şərəfin, namusun varsa, Azərbaycanın marağını qoruyan bir cümlə işlət. Niyə işlətmirsən? Çünki tapşırıq verilir ki, kim bu məsələyə münasibət bildirirsə, onu mətbuat vasitəsilə hədəfə götürün”.
Beləliklə, Fazil Mustafa yazdıqlarımızı bir daha sübüt etdi. Cavab olaraq bildirmək istəyirəm ki, deputatın yanlış düşüncəsi mənim tərəfimdən lənətlənir. Normal düşüncəli şəxs düşünməlidir ki, ölkənin təhlükəsizliyinə tam zəmanət verilib. Bunlardan əlavə ölkəyə gətirilən bütün əşyalar və digər ləvazimatlar ciddi şəkildə yoxlanılır. Bunu söyləməyə mənim mənəvi haqqım var. DTX və DİN-nin ayıq-sayıq əməkdaşlarının əziyyətini niyə qiymətləndirmisiniz? Əgər əlinizdə konkret faktlar varsa büyürün hüquq mühafizə orqanlarına təqdim edin. Niyə məxvi saxlayırsınız? Axı məsuliyyt daşıyırsınız...
Azərbaycanda əminamanlıq və sabitliy deputatın hansı niyyətdə olduğuna işarədir.” Çevir tati, vur tati” məsələsi olsun deyə hörmətli deputata xatırlatmaq istəyirəm. Belə bir məqamda özünü savadlı və məntiqli sayan deputat ölkədə milli və dini vəziyyətin gərginləşməsi üçün əlindən gələn hər şeyi edir. Fazil Mustafanı tanıyan biri olaraq iddia edirəm ki, o, bunu bilməyərəkdən yox, kimin əlinə oynadığının tam fərqində olduğu üçün edir. Yoxsa birdən birə İranın Azərbaycan şiələrini narkotiklə təmin etdiyini deməzdi. Əgər depuatat həqiqətən dediyinə əmindirsə əlindəki faktları hüquq-mühafizə orqanlarına təqdim etməliydi, onda Azərbaycan dövləti düşmən bir ölkənin bu təxribatının qarşısını almaq üçün lazım olan tədbirləri görərdi.” Şərəfin, namusun varsa, Azərbaycanın marağını qoruyan bir cümlə işlət. Niyə işlətmirsən?” söyləyən Fazil Mustafaya sualım var. Hörmətli deptat, siz milli şərəf, namus məsələsindən danışırsınız, yoxsa şəxsi şərəf, namus məsələsindən?
Çox təəsüflər olsun ki, Mili Məclisi bu cür dardüşüncəli deputatlar təmsil edir. Qısa xatırlatmaq üçün bildirim ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə 16 yaşınm tamam olmamış vətənin müdafiəsinə qalxdım. Aqdamın Güllücə, Füzuli rayonu Horadiz qəsəbəsi uğrunda döyüşlərdə iştirak etmişəm. Siz hansı haqla mənim ünvanıma ağır ittihamlar səsləndirirsiniz? Vətənim Azərbaycan naminə nəinki canımı, hətda övladımı qurban verməyə hazıram. Deputat toxunulmazlığından istifadə edib, haqqımda hədyan açıqlama vermək acizlikdir. Bundan sonra sizin hər hansı bir ücüz açıqlamanıza münasibət bildirilməyəcək