Məhkum Rauf Sultanovun qardaşı Criminal.az saytına müraciə edib. Fuad Sultanovun müraciətində deyilir:
''Qardaşım Sultanov Rauf Yusif oğlunun barəsində olan saxta və uydurma cinayət işi üzrə ali məhkəmənin 22 noyabr 2016-cı il tarixli qərarı qanunsuz və əsassızdır. Hakim Gülzar Rzayeva qərarda ibtidai istintaq zamanı baş vermiş imza saxtakarlığı ilə bağlı öz mövqeyini bildirməmişdir. Həmçinin kasasasiya şikayətində göstərilən dəlillər qərarda təhrif olunmuşdur. Bundan əlavə Rauf Sultanov tərəfindən hakimə göndərilmiş müraciətlərə də baxılmamışdır .
Təbiki hakim Gülzar Rızayeva bu cür qanunsuzluğu etməyə məcbur edilmişdir.Hazırda Rauf Sultanov tərəfindən paralel olaraq əlavə kasasasiya və Konstitusiya şikayəti göndərilmişdir. Yaxın günlərdə vəkili Elçin Sadıqov Avropa məhkəməsinə şikayət göndərəcəkdir. Bununla yanaşı onu da qeyd edim ki,qardaşım Rauf Sultanov uşaqlıqdan 1-ci qrup epilepsiya xəstəsidir və onu bu cür şərtlərlə həbsdə saxlamaq Avropa konvensiyasına və beynəlxalq müqavilələrin tələblərinə tam ziddir. Bir sözlə bütün bunları nəzərə alaraq ədalətsizlik və qanunsuzluğa son qoyulmalıdır''.
Criminal.az