Bakıda yerləşən çay evində hüquq-mühafizə orqanı əməkdaşları əməliyyat keçirilib. Criminal.az saytına verilən məlumata görə, yanvarın 16-da Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən ''Jasmin'' çay evinə polis əməkdaşları daxil olub.
Çay evində olan 10-a yaxın şəxs aparılıb. Əməliyyat zamanı saxlanılanldar biri Yusif adlı Qaraçuxur sakinidir. Əməliyyatın hansı qurum tərəfindən keçirilməsi dəqiq bilinmir. İddia olunur ki, əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirib.
Təfərrüatları öyrənməyə çalışırıq.
Criminal.az