“Nar”-ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının səkkizinci
mövsümü başa çatdı. Yarışlarda respublikanın 16 bölgəsi və 8 ali məktəbini təmsil edən 34
komanda bilik mübarizəsi aparırdı.
“Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir
müsabiqə keçirildi. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala
ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırdılar. “Brain Ring” həvəskarları bu
intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı
əldə etdilər.
Dekabr ayının qalibləri olan “Twitter” istifadəçiləri: Əhəd Əliyev (@ehed2pi), Mahir Əsgərov
(@mahirasg).
Ətraflı məlumatı @salamnar “Twitter” hesabından əldə etmək mümkündür.