Türkiyədə, İstanbul şəhərində Reyna əyləncə mərkəzində törədilən terror aktı ilə bağlı həbslər davam edir.
Musavat.com Hurriyet qəzetinə istinadən xəbər verir ki, İŞİD ierarxiyasında “qazı” rütbəsi daşıdığı təsbit olunan Yasər Məhəmməd Salim Radun adlı şəxs məhkəmə tərəfindən həbs edilib.
Həbs qərarında axtarış-istintaq hərəkətlərinin aparılması zamanı şübhəli şəxsin anus dəliyində saxladığı mobil telefonun ələ keçirildiyi və telefonda silah fotolarının yer aldığı göstərilir.
Bundan başqa, terrorçunun həbs edilməsi zamanı ələ keçirilən qeyd kitabçasında təşkilatın digər üzvlərinin telefon nömrələri də ortaya çıxarılıb.
Həbs qərarında həmçinin İŞİD terror təşkilatına aid məlumatlar və Türkiyədə həyata keçirdiyi terror aktları sadalanıb.
Sənəddə yanvarın 5-də həbs edilən Addurrauf Sertin adlı şəxsin İŞİD üzvlərinin mənzillərdə yerləşdirilməsi və gizlənmələri məqsədilə “xarici terrorçu döyüşçülər evlərindən” məsul olduğu və həmin adama aid İstanbulun Zeytunburnu rayonunda bir evdə Radunla birlikdə 10 terrorçunun yaxalandığı göstərilib.
Abdurrauf Sertinin terror təşkilatında kod isminn “Müaviyə” olduğu qeyd edilib. Bundan başqa, Yasir Məhəmməd Radunun İŞİD ierarxiyasında qazı rütbəsi daşıdığı da axtarış zamanı qətiləşdirilib.
Yasir Məhəmməd Radunun “Əbu Cihad” kod ismindən istifadə edərək İstanbulda Reyna hadisəsinə bənzər və ya canlı bomba olaraq terror aktını həyata keçirmək niyyəti daşıdığı da müəyyən olunub.
Musavat.com