Bakı şəhəri Xəzər rayonunda Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol-patrul xidmətinin avtomaşını qəzaya uğrayıb. Criminal.az saytı SalamNews-a istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.
Belə ki, sürətlə hərəkət edən “Range Rover” markalı avtomobil arxadan yanacaq doldurmaq istəyən yol-patrul xidmətinin avtomobilinə çırpılıb. Hadisə vaxtı xəsarət alan olmasa da, avtomaşınlara ciddi ziyan dəyib.
Həmçinin “Range Rover” markalı avtomaşının sürücüsünün orta dərəcəli sərxoş olduğu da məlum olub. Yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalara başlanılıb və avtomaşınlar cərimə meydançasına aparılıb.
Faktı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov təsdiqləyib.
Criminal.az