Ağ Saray qəzəblidir, qərarın ləğv olunacağına ümid var
Amerikanın Seatle şəhərində federal hakim president Donald Trampın 7 müsəlman ölkəsindən olan vətəndaşlara tətbiq etdiyi viza qadağasını müvəqqəti olaraq dayandırıb. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərar yazılı olaraq Ədalət Nazirliyinə göndəriləndən sonra sonuncu instansiyadan qərar verilməsi gözlənilir. Ağ Evdən isə məlum qərara etiraz edilib.
Ölkənin Vaşinqton ştatının Seatle şəhərində çalışan hakim Ceyms Robart viza qadağasının ABŞ-da müvəqqəti olaraq dayandırılmasına qərar verib. Hakim Robartın 27 yanvar cümə günü Trampın imzaladığı qərarnamə çərçivəsində viza qadağasını dayandıran qərarını sözlü olaraq verdiyi, qərarın yazılı variantının qısa müddət ərzində açıqlanacağı bildirilib. Keçmiş prezident Corc Buş dönəmində təyin edilən federal hakim Robartın yazılı qərarının Ədalət Nazirliyinə göndərilməsinin ardınca nazirliyin lazımi araşdırmanı aparacağı qeyd olunur.
ABŞ-ın hava yolu şirkətləri isə Tramp hakimiyyətinin aldığı və alacağı qərara görə hərəkət etməyə davam edəcək. Pasport və viza əməliyyatları zamanı da federal hökumətin qərarları əsas götürüləcək. ABŞ Xarici İşlər Nazirliyi Trampın viza qadağasının ardınca 60 min insanın vizasının ləğv edildiyini bildirmişdi. Ədalət Nazirliyi Qaçqınlar Bürosunun vəkili Erez Reuveni isə bu sayın 100 min civarında olduğunu açıqlamışdı. Vizaarı ləğv edilən bu şəxslər ölkədən ayrılıb yenidən bura qayıtmaq istədiklərində isə yenidən Amerikan vizası üçün müraciət edəcəklər.
Ağ Saray isə Seattle şəhərindəki federal hakimin verdiyi bu qərara etiraz edib. Ağ Saray sözçüsü Sean Spicer yazılı bir açıqlama verərək, federal hakim Ceyms Robartın qərarını tənqid edib.
Spicer deyib ki, ABŞ Ədalət Nazirliyi “mümkün olan ən qısa müddətdə” prezident Trampın qərarnaməsini təkrar tətbiq etməyə çalışacaq: “Prezidentin əmri ölkəmizi qorumağı hədəfləyir və qanuni qüvvəsi var. Prezidentin Amerika xalqını qorumaq məsuliyyəti var”.
Sevinc, musavat.com