Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Prezidentdən generalla bağlı sərəncam...

11-07-2017, 19:06   
Prezidentdən generalla bağlı sərəncam...

Azərbaycan Prezidenti İlham Əliyev Akif Şəfiyevin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, general-mayor Akif Əli oğlu Şəfiyev hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Prezident eyni zamanda dövlət sərhədinin mühafizəsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Şəfiyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqda da sərəncam imzalayıb.

Qeyd edək ki, Akif Şəfiyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin rəisi vəzifəsini icra edirdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar