![“Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib](/uploads/posts/2017-07/1500279620_zagruzheno-1.jpg)
Müştəri xidmətlərinin davamlı inkişaf strategiyasına sadiq qalan “Nar” yüksək müştəri
məmnuniyyəti göstəricilərinə nail olmağa davam edir. Belə ki, Çağrı Mərkəzinə (777) zəng
edən abunəçilərə göstərilən bütün xidmətlər sosial media üzərindən də təmin edilir. Bunun
üçün ayrılan xüsusi komanda yalnız sosial media üzərindən gələn sorğuları cavablayır. Müştəri
xidmətlərinin geniş spektrini bilavasitə sosial media üzərindən təqdim etmiş ilk və yeganə
mobil operator olan “Nar” bu sahədə yüksək göstəricilərə nail olub. Sosial şəbəkələr vasitəsilə
daxil olmuş sorğuların cavablandırılma vaxtına görə “Nar” mobil operatorlar arasında ən yüksək
nəticəni göstərə bilib. Abunəçilər bu xidmətlərdən istər nar.az internet səhifəsində olan şəxsi
kabinetləri vasitəsilə, istərsə də “Facebook”, “Twitter”, “Instagram” və digər sosial şəbəkələr
üzərindən yararlana bilirlər.
2017-ci ilin ilk yarısının nəticələrinə əsasən, sosial şəbəkələr üzərindən daxil olmuş
sorğuların 100%-i “Nar” sosial media komandası tərəfindən cavablandırılıb. Bu dövrdə daxil
olmuş müraciətlərin 99%-i bir saat ərzində öz həllini tapıb, sorğuların uğurla cavablandırılma
müddəti orta hesabla cəmi 13 dəqiqə təşkil edib. Müştəri yol xəritəsinə görə (Customer
Journey), “Nar” sosial media komandasına daxil olmuş müraciətlərin 85%-i cəmi 2 ismarışdan
sonra müvəffəqiyyətlə həllini tapıb.
Bu yüksək göstərici, “Nar” abunəçilərinə göstərilən müştəri xidmətlərinin keyfiyyətinin
artırılması, eləcə də innovativ həllərin tətbiqi nəticəsində mümkün olub. “Nar” abunəçiləri
özlərinə rahat olan istənilən üsulla – Çağrı Mərkəzinə zəng etməklə, şəxsi kabinetə daxil
olmaqla, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla yüksəkkeyfiyyətli müştəri
xidmətlərindən yararlana bilərlər.
“Nar” Müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə
etmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilıb. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin
çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi
olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından
ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.