![](/uploads/posts/2017-07/thumbs/1500977050_597704ab67b0a9217c64f004.jpg)
ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Volker verdiyi bəyanatla gündəmə gəlib.
Cebhe.info xarici mətbuata istinadən bildirir ki, Ukraynanın şərqinə səfər edən ABŞ nümayəndəsi Rusiyanın dəstəklədiyi üsyançıların irəliləməsinin qarşısını almaq üçün bölgəyə silah və tank göndəriləcəyini açıqlayıb.
Volkerin sözlərinə görə, üsyançılara qarşı müqavimət məqsədilə silah göndərilməsi müzakirə edilir. BBC-yə açıqlamasında ABŞ nümayəndəsi bu yardımla Ukrayna hökumət qüvvələrinin dirənişini artırmağa xidmət edəcəyini vurğulayıb. Onun sözlərinə görə, ukraynalılara müdafiə məqsədilə silah və tank verilə bilər.
Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Ukrayna sərhədinə 3 bölük hərbi qüvvə göndərdiyini açıqlayıb.
Xəzər
Cebhe.info