Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Əziz orucov peşəkar fəaliyyətinə görə həbs olunub "

26-07-2017, 08:50   


Teymur Ələsgərov: Hakimiyyət məqsədli şəkildə repressiyaları davam etdirir.

Son günlər istintaq Təcridxanasında 4 aylıq həbs qətimkan tədbiriylə saxlanılan Kanal13
Bakı ofisinin rəhbəri Əziz Orucovun qeyri-insani rəftaa və psixoloji təzyiqə məruz qalmasıyla
bağlı informasiya yayılmışdır. Məlumatı əvvəlcə Ə.Orucovun həyat yoldaşı, sonra isə vəkili
Cavad Cavadov paylaşmışdır.
Vəkil situasiyanı bu cür şərh etmişdir: “Bu gün Bakı İstintaq Təcridxanasında Kanal13-
ün rəhbəri, jurnalist Əziz Orucovla görüşdüm. Özünün bildirdiyinə görə: 23 iyul 2017-ci il
tarixdə saat 19 radələrində qaldığı kamerada kəskin havasızlığa görə huşunu itirmiş və
yıxılmışdır. Ayıldıqda kamera yoldaşının köməyi vasitəsi ilə təcridxananın məsul şəxslərini
çağırması, sonradan isə həkim çağırıldığını görmüşdür. Ona hansısa adını bilmədiyi dərmanlar
verilmiş və sonradan nisbətən vəziyyəti düzəlmişdir. O, dəfələrlə müraciət edərək kamerasına öz
hesabına sərinkeş keçirilməsini istəsə də, buna imkan yaradılmırdı. Bu səbəbdən sonuncu dəfə
evlə danışıq zamanı bu əhvalatı danışarkən qeyri insani rəftardan şikayət etmiş və danışığı
yarımçıq kəsiilmişdir. Bu gün ona qohumları tərəfindən sovqatla birlikdə sərinkeş göndərilmiş,
lakin günün sonuna qədər çatdırılmamışdır. Eyni zamanda dəfələrlə təcridxana rəhbərliyinə
yazılı və şifahi müracətlərinə baxmayaraq qanunla nəzərdə tutulmuş yaxınları ilə görüş verilmir
və tutarlı cavab verilmir. Müdafiə tərəfi bu qanunsluqlarla bağlı müvafiq qurumlara və
məhkəməyə müraciət etmək niyyətindədir”. Vəkilin son sözləri belə olmuşdr.
Yaranmış vəziyyətlə bağlı sosial mediada və mətbuatda vətəndaş cəmiyyəti
nümayəndələrindən etiraz gəlməkdə davam edir. İctimai fəal Teymur Ələsgərov durumu bu cür
şərh etmişdir: “Azərbaycan reallığında bu cür hallar tez-tez baş verir və bu hakimiyyət müstəqil,
onun diktəsilə oturub durmayanları qəbul etmək istəmir və onları əzməyə səy göstərir. Konkret
olaraq jurnalist Əziz Orucovun başına gətirilən işgəncə faktıdır və bütün dünyada bu cür hallar
pislənilir. Hamı bilir ki, Əziz orucov peşəkar fəaliyyətinə görə həbs olunub və hətta günahı olsa
belə qanun bu kimi halları qadağan edir. Azərbaycan hökuməti borcludr ki, azadlıqdan
mərhumetmə yerlərində normal havalandırma şəraiti yaratsın və insanların sağlam yaşamaq
hüququnu məhdudlaşdırmasın. Buradan o nəticəyə gəlmək olur ki, Azərbaycanda insan
hüquqlarına münasibət nəinki dəyişmir, əksinə getdikcə pisləşir. Təsəvvür edin ki, qapalı
müəssisədə jurnalist daha ağır vəziyyətə düşə bilər və insan belə vəziyyətdə öz həyatıyla vidalaşa
bilər”.
Teymur Ələsgərov baş verən bu kimi halların məsuliyyətinin birbaşa hökumətin, konkret
olaraq siyasi hakimiyyətin məsuliyyəti olmasını bildirir. Onun fikrincə dünyada Azərbaycana
qarşı münasibət getdikcə dəyişir və jurnalistlər bu vəziyyətə düşdükcə ölkəmizin imici daha da
pisləşir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar