Aprel qazisi fəryad edir - “Məndən 20 min manatımı alıb nə ev verirlər, nə də pulumu qaytarırlar”

10-02-2018, 08:19   


Qarabağ qazisi, aprel döyüşləri iştirakçısı Məmmədov Arzu Ramiz oğlu 01.01.1985-ci ildə Daşkəsən rayonunda anadan olub. Ailəlilidir, iki övladı var. Övladının biri görmə əngəllidir. A.Məmmədov 1-5 aprel Qarabağda Lələtəpə uğrunda gedən döyüşlərdə top komndiri kimi fəal iştirakçı olub. Torpaqlarımızı düşmən işğalından azad etmək üçün əlindən gələni edib. O, 3 aprel (övladı Aydanın doğum günündə) ağır yaralanaraq sağ qolunu itirib. Bədəninin bir çox yerində dərin qəlpə yaraları var. Qulaq pərədələri zədələndiyindən eşitməsində problem yaranıb. Eyni zamanda Hipertoniya xəstəliyi baş qaldırıb. Artıq 1 il 10 aydır ki, hospitalda davamlı müalicə alır. Bu müddət ərzində 5 dəfə amputasiya olunmuş qolundan, 1 dəfə də ayağından əməliyyat olub. Ayağının əməliyyatı zamanı siniri zədələndiyi üçün hələ də reabilitasiya da müalicə alır. Qolu isə heç sağalmır.

Xülasə, qazi çox əziyyət çəkdiyini, evsiz kirayədə iki körpə ilə yaşamağın olduqca çətin olduğunu deyir.

A. Məmmədov Hədəf14.az-a bildirib ki, müalicə almaq məqsədiylə yaralandığı vaxtdan Bakı şəhərində ailəsiylə birgə kirayədə yaşayır. Heç bir yerdən maddi dəstəyi olmadığını deyən qazi ata-anası yaşlı təqadüçü insalar olduğunu qeyde edib.

Atası oğlunun gözünü əməliyyat etdirmək üçün hələ illər öncə evini satıb.

Qazi Məmmədov Daşkəsən rayon icra hakimiyyəti başçısı Əhəd Abıyevin qəbulunda olduğunu bildriib. Mənzillə bağlı dərdini icra başçısına danışanda isə onun cavabı belə olur: “Bizim rayonda bunun üçün torpaq sahəsi və ya mənzil yoxdur”. Ancaq Gəncə şəhərində olduğunu və başçısı Elmar Vəliyevlə danışıb həll edəcək. Amma bunun üçün qaziyə Daşkəsən rayonundan qeydiyyatdan çıxıb, Gəncə şəhərində qeydiyyata düşməli olmalısan deyiblər.

“Bizi Əhəd Abıyevin işçisi icra hakimiyyətinin hüquqşünası İlhamə Bayramova əmin etdi ki, narahat olmayın. O, bildirdi ki, Əhəd müəllim kömək edəcək. Mən də bu söhbətdən əmin olaraq Gəncəyə qeydiyyata düşdüm. Daha sonra bu barədə İlhamə xanıma məlumat verdim.

I. Bayramova bir neçə gün sonra mənə zəng edib bildirdi ki, Əhəd müəllim ev məsələsini həll edib. Bizi Gəncədə 4 otaqlı tam əşyalı evlə təmin edəcəklərini, lakin bunun üçün 20 min (20.000) Azn lazım olduğunu bildirib. O qədər pulun olmadığını dedikdə isə mənə bu halda başqa cür alınmadığını dedi.

Ailəmlə məsləhətləşdikdən sonra 13.min Azn valideynlərim 7 min Azn isə özüm borc tapıb 20.000 manatı İlhamə Bayramovaya verdim. Zülm bundan sonra başladı”.

“Beləliklə hər gün “ev nə oldu” sualıma “düzələcək” olurdu. Daha sonra İ. Bayramovanın dələduzluqda ittiham olunaraq həb olunduğunu dedilər. Sonra mənə məlum oldu ki, o azadlıqdadır. Həbs olunmayıb. Biz bununla bağlı polisə şikayət ətizəsi ilə müraciət etdik. Ən acınacaqlısı isə mənim kimi bir başqa qazinin də aldanıb. Həmin qaziyə də ev verəcəkləri vədi ilə pul alıb. Maraqlıdır, bu insan niyə hələ də həbs olunmayıb?”

“Görünür bu şəxs Əhəd Abıyevlə əlbirdir və arxasında bu şəxs dayanır. Artiq 1 ildir ki, prokrorluq mənim müraciətimə əsasən “ İlhamə Bayramovanın işinin cinayət işlərindən çıxarıldığını və istədiyim vaxt yenidən şikayət edə biləcəyimi bildirdilər. Amma buna səbəb nədir, bilinmir. Dələduz çox rahat həyatınına davam edir. Mən isə verdiyim pulumu geri ala bilmirəm. Üstəlik kirayədə min bir əziyyətlə yaşamağa məhkum edilmişəm. Canımın ağrısını unudub iki balamın gələcəyini düşünürəm. Bir evim olsun deyə müraciət etmədiyim yer yoxdur. Amma müraciətim cavabsız qalır”.

“Sağlamlığımı və işləmək qabiliyyətimi itirdiyim üçün övladlarımın gələcəyi üçün heçnə edə bilmərəm. Çünki bunları etmək iqtidarında deyiləm. Hər bir məsul şəxslərdən xahiş edirəm, mənim müraciətimi dinləsinlər. Şikayətimlə bağlı ciddi ölçü götürülsün. Prezident İlham Əliyevə, xanım Mehriban Əliyevaya və bütün dövlətin aidiyyatı qurumlarına üzümü tutub kömək istəyirəm. Ümid edirəm ki, Azərbaycan torpaqılarının bütövlüyü uğrunda yarımcan bir qazinin səsinə səs verilən tapılacaq!”

“Fəxr və qürur hissi ilə deyiriəm ki, Qarabağ müharibəsinin Aprel döyüşlərində qazi olmuşam. Bu gün ehtiyac olarsa, Ali Baş Komandanın əmri ilə yarımcan olmağıma baxmayaraq vətənimin torpaqları uğrunda düşmənə qarşı vuruşmağa hazıram. Vətən sağ olsun, biz olmasaq da olar!”.
anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar