BƏYAZ HƏRƏKAT-ın 50 milyonluq Azərbaycan Türkünə və Türk dünyasına müraciəti

28-03-2018, 22:17   

28 Mart 2018

Əziz millət və vətən fədailəri, hörmətli yurddaşlar, mübariz xalqımız!

Yüz illərdir vətənimizi işğal altında saxlayan, parçalayan, xalqımızı istilada tutan rus ve fars şovinizminə, imperalizminə qarşı savaş və mübarizə aparan liderlerimizdən bizlərə miras buraxılan milli idealoji mübarizəyə sahib çıxmaq və bu mübarizəni layiqincə usanmadan, cəsarətlə son nəfəsimizə qədər yürütməyə borcluyuq. Təəssüflər olsun ki, on illərdir ki, düşünülmüş vəya öhdəçilik siyasətinin nəticəsində xalqımız milli problemlərin həllində müşahidəçi və laqeyid bir durumla üz-üzə qalmışdır. Millətimizi və dövlətimizi təhdidlər altında yaşamağa məcbur edən Rusiya və İran imperialist qüvvələrinin antipatiyasını qazanmamaq üçün cılız siyasi məqsədlərin girovuna çevrilərək susmağı məqsədəuyğun hesab edən siyasi qüvvələrimiz artıq xalqa açıq şəkildə etiraf etmək cəsarətlərini də itiriblər. Azərbaycan xalqı bilir və bilməlidir ki, qarşısında gizli və güclü düşmənlər var və Ermənistanın himayədarı  kimi heç vaxt Azərbaycanın xeyrinə qərarların qəbuluna imkan verməyəcəklər. Məhz ona görə də idealoji mübaizəyə ehtiyac duyulur ki, xalq öz iradəsini bütün dunyaya və o cümlədən xüsusən də fars ve rus imperalizminə nümayiş etdirməklə bütün diqqətləri Qarabağın həllinə cəlb etməklə bu məsələdə heç bir halda güzəşt olmayacağını bəyan etməlidir.

BH olaraq bizlər bu mübarizəni və fəaliyyəti, liderlərimizin və şəhidlərimizin ruhu  qarşısında şərəf və vicdan borcumuz sayırıq. Amalımız, məqsədimiz, yolumuz torpaqlarımızın azadlığı və bütövlyü, hədəflərimiz isə böyük türk dunyasının birliyinə nail olmaqdır. BH  hərakat heç kimə hakimiyyət, vəzifə vəd etmir. Öz torpaqlarının azadlığı və bütövlüyü uğrunda mübarizə vəd edir. O mübarizə ki, nəticəsi şərəfli qazilik, müqəddəs şəhidlik və  azadlıq vəd edir.

Dəyərli xalqımız, BH olaraq bəyan edirik ki, ərazi bütövlüyümüzün davamlı olaraq pozulması, 25 ildir davam edən müharibə və bunun nəticəsində  dinc əhalimizin və hərbiçilərimizin şəhid düşməsinə baxmayaraq , bütün dünyaya o cümlədən, sülh danışıqlarında iştirak edən aparıcı dövlətlər və beynəlxalq təşkilatlara, bu illər ərzində sülhsevər, barışsevər, beynəlxalq qanunlara və sülh sazişlərinə riayət edən bir xalq və dovlət olduğumuzu nümayiş etdirmişik. Bu gün BH  olaraq hesab edirik ki, bu duruma yetər deməyni zamanıdır. Sülh danışıqlarının illərdir uzanması bir daha sübut edir ki, bu danışıqlar heç vaxt Azərbaycan xalqının mənafeyini güdməyəcəkdir. Bu illər ərzində bir daha əmin olduq ki, xalqımız öz iradəsini ortaya qoymasa hec nəyə nail ola bilməyəcəyik. Xalqımız meydanlarda yalnız ya Qarabağ ya ölüm , ya istiqlal ya ölüm şüarı altında həm düşmən qüvvələrə həm dünyaya öz iradəsini göstərməlidir. Heç bir müstəvidə aparılan mübarizə vətən torpaq müstəvisində aparılan mübarizənin önündə dura bilməz. Məntiqsiz və mənasız müzakirələrin nəticəsidir ki,  milli-ideoloji sistemdə çökmə, əzmsizlik, ümidsizlik, çarəsizlik və supergüclərin yazdığı tale ilə barışmış “sabitliyin” köləsinə çevrilməkdəyik. Ən son durumda millətin hətta deyərdik iqtidarın belə ümid yeri olan AXCP milli mübarizənin istiqamətini itirərək mərkəzdən qaçan şəxsi mənafe xəttləri boyunca parçalandı. Bütün Azərbaycan birliyi BAB isə cılız siyasətlərin girovuna çevrildi. Bunun nəticəsində minlərlər vətən, millət, dövlət fədailəri, Elçi Bəy müridləri küskün və qərib düşüncələrin girdabına çəkilərək baş verənləri seyr edərək kifayətlənməyi günaha batmaqdan üstün hesab etdilər.

Əziz xalqımız bizlər əminik ki, əgər Azərbaycan xalqı öz iradəsini sivil idealoji mübarizə ilə ortaya qoysa, meydanlar ya Qarabağ ya ölüm, ya istiqlal ya ölüm hayqırsa bəlkə də Qarbağın qurtuluşuna səngər savaslarina ehtiyac duyulmuyacaq. Necə ki, meydan mübarizəsi və savaşlarıyla bizlər nəhəng imperiyanı Bakının mərkəzində diz çökdürmekle öz istiqlalımızı hüquqi tərəfdən qazandıqsa, torpaqlarımızın azadlığı və bütövlüyüdə məhz bu mübarizədən bu iradədən keçir. Bütün hallarda torpaqları isğalda olan bir xalq daim mübarizə və savaş ruhunda olmalıdır. Əziz xalqımız, unutmayın ki, nəinki güclü hərbi sınayeyə, güclü orduya sahib olmaq hətta ən təhlükəli nüvə silahına sahib olan bir xalq və dövlət əgər o ruhda olmasa hec bir müharibədə və savaşda zəfər qazana bilməz. Millətin, xalqın ən dəyərli və üstün silahı onun savaş, mübarzə və vətənpərvərlik ruhunun daim yüksək olmasından keçir. Mubariz və daim ayaqda olan xalqlar əzabla da, itkilərlə də olsa daim zəfərlərlə olur daim alnı acıq olur. Bizlər şərəf və ləyaqətimizin tapdaq altında qalmasına göz yumacaq millətin nümayəndələri və o millətə aid olan xalq deyilik. Azəbaycan xalqı əsirlər boyu hər dövrlərdə işğalçılara qarşı öz istiqlalı , azadlığı, bütövlüyü uğrunda mübariz olub və bu yöndə bu xalq babəklər, nəsimilər, şah ismayıllar, səttarxanlar, memmedəminlər, xiyabanilər, pişəvərilər, cavidlər, muşfiqlər, elçibəylər ,xelil rzalar,ziya bunyadovlar, xudu məmmədovlar, daha sadlamadığımız nəhəng şəxiyyətlər, sərkərdələr, öndərlər, liderlər, qəhrəmanlar,  cəsur ziyalılar yetişdirib və bundan sonra da yetişdiməkdə davam edəcək. Türk milləti TARİXİ ŞƏXSİYYƏTLƏRLƏ LİDERLƏRLƏ ZƏNGİN   OLAN YEGANƏ millətdir ki, daim nəhəng şəxiyyətlətlər və  liderlər yetişdirir və yetişdirməkdədir.  Buna səbəb odur ki, türkün hədəfləri ücün gediləcək uzun mübarizə yolu aparılacaq ,savaşacaq səbəbləri  və hədəfləri var. Bu gün isveç, italyan ingilis, fransız xalqından bir lider yetişməsini gözləyə bilərsinizmi? Yox təbii ki. Çünki, hər anlamda özgür, bütöv və demokratik dövlətlər və xalqlardır, öncəliklə buna ehtiyacları yoxdur, onların mübarizə arqumenti yanlız bürokratik dəyşilkik və nöqsanlar üzərində ola bilər. Bugün bizlərin heç bir haqqımız və əsasımız belə yoxdur ki, Yeni Azərbaycan partiyasının üzvlərindən və rəhbərlərindən tələb edək ki, nə üçün  idealoji mubarizədən, Təbrizdən, Bütöv Azərbaycandan, Turandan danışmırsan və bu yolda mübarizə aparmırsan deyə hesab soraq, irad tutaq , tənqid edək. Bizlər umduğumuz yerdən, tərəflərdən küsürük və onlara bəslənilən ümidlərə acıyırıq və  iradlarımızı tənqid kimi deyil, bu gün qarşılaşdıqları acı reallıqlar kimi qəbul etsinlər. Bizlərin iradları heç bir təşkilata və təşkilatlarda cəmləşən  fədakar mübariz insanlara deyil, o təşkilatların rəhbərlərinədir. Məhz özlərinin secdikləri yanlış yol və mövqelərdən çıxış etmələri millli və milli idealoji xəttdən kənarlaşmaq, Elçibəy ideallarından, millilikdən uzaqlaşmaq, mübarizə məqsədlərini və amallarını yalnız hakimiyyət uğrunda mübarizəyə cəmləşdirimiş siyasilərimzə gileyliyik, küskünük,  çünki, tək bizlər deyil, hərkəsin ümidi ELçibəydən sonra onun öndə gələn varislərinin bu yolu layiqincə davam etdirəcəklərnə idi. Təəssüflər olsun ki, Elçibəydən sonra xalqı və cəmiyyəti, meydanlar, mübarizəyə ideaoloji yöndə deyil, torpaqlarımızın azadlığına, bütövlüyünə deyil, cılız arqument və  iddialar üzərində qurmaqla, bu gün siyasi iflasın astanasında acı reallıqla qarşı qarşıyadırlar. Səhv və günah hec zaman xalqa tutulmamalı və birmənalı qəbul olunmalıdır ki, xalq siyasəti də bizlərdən gözəl bilir, xalq bizləri bizdən də yaxşı tanıyır, xalq kimin getdiyi yolda səmimi olub olmadığını daha gözəl görür və müəyyənləşdirir. Xalqın hansısa siyasi qüvvənin arxasınca getməməsinin və meydanlarda olmamasının ana səbəbi odur ki, xalq görür və hiss edir ki, onun istəyi və tələbləri böyük ideaları uğurunda səmimi və ciddi fəaliyyət ortaya qoyulmur. Məhz bu xalq öz düşündüyü şəxsi və təşkilatı  meydanda görməyincə onu müəyyən etməyincə, öz taleyinə sakitcə seyrci qalamaqda davam edəcək. Bizlərin ilk niyyəti və ana məqsədi xalqı bu umidsizlikdən bu sükunətdən çıxmasına yönəlikdir. Baxın biz uzaqdan örnək çəkmirik, götürün Türkiyəni. Türkiyə xalqı məmləkətinin ən sabit vaxtında da, ən gərgin savaş vaxtında da, ən keşməkeşli dövrlərində də, ən  xoşbəxt dövrlərində də daim mubariz, vətənpərvər ruhunda və savaşqan olmuşdur. Dünya Türkiyəni bir tək ordusu ilə deyil,vətən və bayraq ugrunda hər zaman ölümə hazır olan milleti olan dövlət olaraq tanıyır, hesablaşır və çəkinir. Bu örnəyi onun üçün misal gətirdik ki, bir xalq ayaqda olmayınca onun nə cəsarətli ziyalı, nə də fədakar, qorxmaz lider yetişdirmək qabliyyəti ola bilməz. Sadaladığım şəxsiyyətlər və şəxslər yalnız hərakatlarda, mübarizələrdə, savaşlarda önə çıxa bilər . Səngərlərdə qəhramanlar, sərkərdələr, meydanlarda liderlər, siyasilər, ziyalılar və fədailər yetişir. Bu bir realliqdir. Və Azərbaycan xalqı bilsin ki, bizlər istəsək də istəməsək də torpaqlarımızın azadlıq bütövlyü, istiqlalımız və tam özgürlüyümüz uğurunda mübarizəmiz bizim taleyimizdir və biz bundan istəsək də nə qaça bilərik,nə də yayına bilərik. Bu gün hərkəs üçün öz ailəsi, övladları əzizdir. Amma  xalqımız, vətənimiz daha əziz tutulmalıdır, ən azından ailə, övlad qədər əziz tutulmalıdır. Bu sözləri nədən yazırıq? Bu gün ailəni, övladlarını özünə əziz bilib qayğılanan ailə basçıları, amandır sakit duraq, səsimizi çıxartamayaq,  susaq,  Qarabağı hansı dövlət, kim həll edəcək etsin.Belə anlayisla onlar bilməlidirlər ki, bu düşüncə ilə oz övladlarının qayğısına yox, əksinə yığılan bütün problemləri onların çiyninə yükləməkdədirlər. Hərkəs bilməlidir ki, bu gün bizlər mübarizə aparmasaq, savaşmasaq, üc il, beş il, on il sonra da olsa bunu övladlarımız, yəni gələcək nəslillər aparcaq. Bu savaşın varlısı, kasıbı, güclüsü, gücsüzü, haqlısı, haqsızı, oğrusu, doğrusu, əyrisi, düzü olmur.  Bu mübarizənin, bu düşüncənin iqtidar müxalifəti olmur, bu məsələ heçbir düşərgələrə,  tərəflərə bölünmür, bu bizim ümummilli ümumxalq məsələmiz və məqsədlərimizdir.  Bu məsələdə hər kəs bərabər və bir arada olmalıdır, hərkəs əlini daşın altına salmalıdır .

BH olaraq bütün dünya azərbaycanlılarına o cümlədən, cənub qardaşlarımıza Cənubi Azərbaycana səslənərək biz xalqın müqəddəs və haqq davası olan liderlərimizdən axıb gələn milli idealoji mübarizəmizi, savaşımızı şərəflə yürütməyə, son damla qanımıza gədər torpaqlarımızın azadlığı xalqımızın tam istiqlalını, vətənimizin bütövlüyü uğrunda birgə mübarizədə, birgə savaşda olmağa çaqırırıq. BH bütün siyasi ictimai təşkilatlara, birliklərə, hərakatlara öz fəaliyyətində uğurlar arzulayır, seçki keçirən, seçkidə iştirak edənlərə, seçkiyə etiraz edib iştirak etməyənlərə, bir sözlə, hər kəsə mübarizlərində uğurlar diləyərək sadəcə hər kəsdən rica edirik ki, bu mübarizələrini, fəaliyətlərini xalqın şərəf və ləyaqətinə əxlaq və mənəviyyatına toxunmadan yürütsünlər.

BH bu gün, cənublu qardaşlarımızın, illərdir fars şovinizminin vəhşicəsinə işgəncələrinə və   təzyiqlərinə məruz qalmalarına baxmayaraq, fars molla rejiminə, fars şovinizminə qarşı verdiyi mücadilədən qürur duyur, Cənubi Azərbaycanda aydınlarımız, ziyalılarımız, Bütöv Azərbaycan fədailərimiz tarix boyu rejimə qarşı dirənmişlər və dar ağacına qədər şərəfli mübarizə yolu keçmişlər. Biz bu gün bu şərəfli mübarizə yolunda onların yanında oldugumuzu vurğulayırıq. Müqəddəs saydığımız bu  idealoji savaşımızda, milli birlik  və milli gücü bir araya gətirmə əzmindəyik. Eşq olsun türk ellərinə, eşq olsun o taylı bu taylı Azərbaycanımıza, eşq olsun Bütöv Azərbaycanımıza, eşq olsun Turanımıza. Vətən, millət, torpaq məfkurəsinin  şərəf, namus, ləyaqət anlayışı hesab edən hər kəsi  yanımızda görmək arzusu ilə müqəddəs davamızda hər zaman bizə mənəvi dəstək olan türk millətçilərinə, ülküçülərə, alpərlərə dost və qardaş partiyalara təşəkkürümüzü sayğı və hörmətlərimizi bildiririk.

BƏYAZ HƏRƏKAT Təşkilat Komitəsinin sədri: Hürrü Əliyev

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar